Avropa İttifaqı və BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəyi ilə, bu gün "Yuvenal ədliyyə üzrə beynəlxalq standartlar və BMT Uşaq hüquqları Komitəsinin 2023-cü il tövsiyələri" mövzusunda İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Cənub regional nümayəndəsinin, Masallı və Cəlilabad rayonu yerli icra, hüquq-mühafizə, vəkillik, mediasiya, miqrasiya, QHT-lər və sosial orqanlarının nümayəndələrinin iştirakı ilə Masallı şəhərində dəyirmi masa müzakirəsi keçirildi. Mövzu üzrə maraqlı və səmimi diskussiyalar aparıldı və təkliflər səsləndi.