Sizin reklam burada
Sizin reklam burada
  • Peter Siyarto: - Azərbaycanda Macarıstan şirkətlərinin fəaliyyəti üçün əlverişli şərait yaradılıb

    Azərbaycanda Macarıstan şirkətlərinin fəaliyyəti üçün əlverişli şərait yaradılıb.
    Atributinfo.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto özünün feysbuk səhifəsində yazıb.
    “Qlobal iqtisadi çətinliklərə baxmayaraq, son illər Macarıstanın ixrac göstəriciləri gözəl nəticələr nümayiş etdirib. İxracımız dünya reytinqində 34-cü yerdədir, baxmayaraq ki, əhalinin sayına görə biz 95-ci yerdəyik. Ötən dövrün çətin iqtisadi şəraiti aydın göstərib ki, bir çox hallarda ixracın artmasına məhsulun çatdırıldığı ölkədə istehsalın qurulması yolu ilə nail olmaq olar. Azərbaycan belə hədəf ölkələrdən biridir, bizim strateji tərəfdaşımızdır, bizim onunla münasibətlərimiz qarşılıqlı hörmət əsasında qurulub", - deyə Peter Siyarto bildirib.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ