Sizin reklam burada
Sizin reklam burada
  • Zakir Həsənov: - Qüvvələr balansı qətiyyən Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin xeyrinə deyil

    Azərbaycan ordusunun bölmələrindən biri Qarabağda qanunsuz erməni silahlı birləşmələrini tərksilah etməyə kifayət qədər qadirdir.
    Atributinfo.az xəbər verir ki, bunu bazar ertəsi Azərbaycanın müdafiə naziri Zakir Həsənov yerli televiziyaya müsahibəsində deyib.
    "Biz Qarabağda qalan o silahlı dəstələrin imkanlarını o qədər də yüksək qiymətləndirmirik. Biz onların sayını, silahlarını, mənəvi-psixoloji durumlarını bilirik. Nəyə qadir olduqlarını bilirik. Onların heç bir halda Azərbaycan Ordusuna qarşı hər hansı hərəkət etmək şansı yoxdur. Ola bilsin ki, bəzi xırda təxribatlar olsun hansı ki, onlar üçün çox pis sonluqla bitəcək”, - deyə nazir bildirib.
    Z.Həsənov qeyd edib ki, əgər onlar təxribata getsələr, Azərbaycan ordusuna qarşı qanunsuz hərəkətlər etmək qərarına gəlsələr, Azərbaycan ordusunun bir korpusu bu qanunsuz silahlı birləşmələrin öhdəsindən gələ bilər.
    “Qüvvələr və vasitələrin balansı qətiyyən onların xeyrinə deyil”, - deyə müdafiə naziri əlavə edib.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ