Sizin reklam burada
Sizin reklam burada
  • Deputat: "Tıxacların aradan qaldırılmasında ən başlıca rollardan birini də sürət qatarları oynaya bilər"

    "Bu gün müzakirə etdiyimiz qanun layihəsinin mahiyyəti ilə bağlı həm komitədə, həm də bu gün Komitə sədri Tahir Mirkişilinin çıxışında da, eləcə də Kamal Cəfərovun çıxışında da biz ətraflı şəkildə tanış olduq. Hər bir qanunun ana mahiyyəti olur və hər bir qanun tətbiq sahəsi, elə əvdə orada tənzimlənmə proseslərinin nə tərzdə olacağı ilə bağlı subyektlər olur. Ancaq bu qanun layihəsinin ən başlıca mahiyyəti mən deyərdim ki, ondan ibarətdir ki, hər birimizi həmişə narahat edən və bu tribunalardan dəfələrlə səsləndirilən bir problemin həllinə yönəlmiş qanunlardan biridir."
    Bu fikirləriMilli Məclisin bu gün-16.07.2023-cü il tarixdə keçirilən növbədənkənar iclasında deputat Aydın Hüseynov səsləndirmişdir.
    O, bildirmişdir ki, şəhərdəki tıxacların aradan qaldırılması üçün bu qanun çox əhəmiyyətli rol oynayacaq:
    "Demirik ki, problemi bütövlükdə aradan qaldırılacaq, bu sahədəki tənzimlənməni bir qədər balanslaşdıracaq, narahatlıq doğuran səbəblərin aradan qaldırılmasında müəyyən dərəcədə, də olsa öz töhfəsini verəcək. Ona görə də mən başlıca olaraq Qanuna bu sahədəki naliyyətlərin əldə olunacağına töhvə verəcəyi təqdirdə səs verirəm.
    Aydın Hüseynov vurğulamışdır ki, digər tərəfdən, bayaq da məndən öncə burada fikirlər səsləndirildi, müəyyən müdafiəçilər artıq peyda olur ki, digər kateqoriyaların, xüsusilə də sürücülərin taksi fəaliyyəti ilə məşğul olan insanların deyək ki, iş yerlərini və yaxud da o sahədəki fəaliyyətini məhdudlaşdıracaq. Əslində bu, belə deyil. Qanuna diqqət yetirəndə görürük ki, birinci növbədə biz nə ilə rastlaşırıq? Onunla rastlaşırıq ki, köhnəlmiş taksi parklarının ekoloji problemlərinin aradan qaldırılması, digər tərəfdən də 14-15 saat sükan arxasında oturub az gəlir əldə edən elə sürücülərin hüquqlarının müdafiəsi istiqamətindədir. Belə ki, aidiyyatı şirkətlərin onlarla əmək müqaviləsinin bağlamamasının qarşısının alınmasıdır. Bütövlükdə isə biz görürük ki, doğrudan da bax, bu həm də bu sahədə fəaliyyət göstərən insanların hüquqlarının təmin olunmasına yönəldilib:
    "Həmişə mətbuatda da səsləndirilirdi ki, bu taksi fəaliyyəti ilə məşğul olan bir çox aqreqatorlar ölkədən kənardadır, onların məlumat bazaları və gəlirləri ora axır gedir. Elə bax, sözügedən Qanun bu tərzdəki fikirlərin düzgün istiqamətdə yönəlməsinə, yəni bu məlumat bazasının ölkədə olmasını və gəlirlərin deylən kimi, ölkədə qalmasını təmin edəcək maddələrlə zəngindir.
    Fürsətdən istifadə edib bir neçə məsələni də müvafiq qurumların diqqətinə çatdırmaq istəyirəm. Elə ki, söhbət getdi tıxaclardan və tıxacların aradan qaldırılmasından, bu sahədə qanun-qaydaların tənzimlənməsindən, hesab edirəm ki, bu gün o tıxacların aradan qaldırılmasında ən başlıca rollardan birini də sürətli elektrik qatarları oynaya bilər. Bununla bağlı mən bir neçə dəfə Milli Məclisdə də öz fikirlərimi səsləndirmişəm. Çünki Qaradağ rayonun qəsəbələri 50 və 70 kilometr şəhər mərkəzindən uzaqdadır və bütün şəhər infrastrukturu ilə eynilik təşkil etdiyinə görə, əhalinin əksəriyyəti Bakı şəhərinin mərkəzi ilə gün ərzində əlaqədə olur. Ona görə də vaxtilə elektrik qatarları olmuşdur. Bu gün həmin sürət eleltik qatarlarının verilməsi bu sahədə ən mühüm nəqliyyat vasitələrdən biri rolunu oynaya bilər. Çünki bu sahəyə hər hansı xərcin qoyulmasına ehtiyac yoxdur. Dayanacaqlar mövcuddur. Deyək ki, bu tərzdə işlərin görülməsi üçün bütün infrastrukturlar hazır şəkildədir.
    Digər tərəfdən qeyd etdiyim kimi, həmin qəsəbələrdə yaşayan, yəni 50, 70 kilometr Bakı şəhərinin mərkəzindən kənarda yaşayıb ali təhsil ocaqlarında təhsil alan tələbələr hər gün səhər saat 6-da evdən çıxmalıdır ki, gəlib 08.30-da dərsdə ola bilsin və sonra da axşam saat 6 ya qədər evinə qayıda bilsin. Tələbə 12 saat yollarda olur. Yenə qeyd edək ki, Bütün bunların qarşısının alınmasının digər vasitələrdən biri də, fikri bir daha səsləndirirəm, o surət qatarlarının verilməsidir.
    Digər məsələlər isə məlumdur ki, Qaradağ rayonun böyük sənaye müəssisələri var, ticarət mərkəzləri var və ticarət mərkəzlərinə həftənin şənbə və bazar günlərində ən azı otuz və ya qırx min insan gedir və bir o qədər də maşın gedib gəlir. Bütün bunların tənzimlənməsi, mən hesab edirəm ki, bax, bu qaydada öz həllini tapa bilər.
    Fürsət düşmüşkən Nazir Rəşad Nəbiyevə təşəkkürünü bildirmək istəyirəm ki, Sahil qəsəbəsinin nəqliyyat problemi ilə bağlı etdiyimiz müraciət öz müsbət həllini tapıb."- Deputat demişdir

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ