Sizin reklam burada
Sizin reklam burada
  • Deputatdan ciddi təklif

    "Hörmətli xanım sədr, deputat həmkarlarım və media nümayəndələri!
    Mən seçicilərimizin iki müraciətini Sizlərin və aidiyyəti qurumların diqqətinə çatdırmaq istəyirəm. Hər birimizə məlumdur ki, torpaqlarımız işğaldan azad edildikdən sonra möhtərəm cənab prezidentin rəhbərliyi ilə həmin ərazilərdə geniş miqyaslı tikinti quruculuq işləri, bərpa işləri bu gün də surətlə həyata keçirilir. Bu səbəbdən də həmin o ərazilərdə çoxlu sayda vətəndaşlarımız işlə təmin olunub fəaliyyətlərini davam etdirirlər. Eyni zamanda Kəlbəcər rayonuna məxsus idarə və müəssisələr bu günləri Kəlbəcərdə qisməndə olsa fəaliyyətlərini bərpa edir, işlərini davam etdirməkdə məşğuldurlar."
    Bu fikirləri Milli Məclisin bu gün-mayın 2-də keçiriln plenar iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Aqil Məmmədov səsləndirdi. O, əlavə etdi ki, xüsusən yaz və yay mövsümündə təsərrüfatla məşğul olan fermerlərimizin, vətəndaşlarımızın mal qaralarının, arı ailələrinin həmin yayalaqlarda yerləşdirilməsi üçün lazımi şərait yaradılmışdır və getdikcə ildən ilə artmaqdadır:
    "Əlbəttə bunlar hamısı təqdirə layiq hallardı. Son hesablamalara və aldığımız məlumata görə, xüsusən də yay aylarında 10 minə yaxın və yaxud da 10 mindən artıq insan orda fəaliyyət göstərir. Bilirsiniz, xəstələnmə halları da qaçılmazdır. Məhz buna görə də vətəndaşlarımız mövcud vəziyyəti nəzərə alıb ilkin tibbi yardımın göstərilməsi ilə əlaqədar lazımi tədbirlərin həyata keçirilməsini xahiş etmişlər. Mənə ünvanlanan müraciətləri əsas tutaraq Səhiyyə nazirliyindən, eyni zamanda TƏBİB-in rəhbərliyindən xahiş edərdim ki, bu məsələləri nəzərə alıb orda lazımı tədbirlər həyata keçirsinlər. Sakinlərimizin ikinci müraciəti ondan ibarətdir ki, azad edilmiş ata-baba yurdlarına eyni zamanda əzizlərinin qəbirlərini ziyarət etmək üçün şəraitin yaradılmasını xahiş edirlər."- Deputat dedi.
    Aqil Məmmədov çıxışı zamanı bir reallığı da diqqətə çatdırdı:
    "Bilirsiniz ki, hal-hazırda Kəlbəcər rayonu digər işğaldan azad olunmuş bölgələrimizə gediş gəlişlə əlaqədar müəyyən məhdudiyyətlər var bu da vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar olaraq atılan addımdır; başa düşüləndi. Amma, onu da qeyd etmək lazımdır ki, Kəlbəcər rayonuna payız və qış aylarında gediş gəliş olduqca çətindir. Məhz buna görə də yay aylarında vətəndaşlarımız üçün (xüsusən də şəhid ailələrini, qaziləri, yaşlı insanları nəzərə almaqla və təbii ki, təhlükəsizlik gözlənilmək şərti ilə) planlı şəkildə heç olmasa həftədə bir dəfə bu cür səfərlərin təşkil edilməsinə aidiyyəti qurumlardan xahiş edərdim.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ