Sizin reklam burada
Sizin reklam burada
  • Deputat Əliabbas Salahzadə: “2018-ci il 11 aprel tarixində ölkəmizin bu günü və gələcəyi üçün çox mühüm hadisə yaşandı

    "Keçirilən növbədənkənar prezident seçkiləri Azərbaycan xalqının Prezidentinə inamını, etimadını bir daha nümayiş etdirdi."
    Bu sözləri "Atributinfo.az"-a açıqlamasında Milli Məclisin deputatı Əliabbas Salahzadə demişdir.
    O, əlavə etmişdir ki, 2018-ci ilin prezident seçkilərində səsvermə hüququna malik olan vətəndaşların 74,3 faizi iştirak etmişdir:
    "Şəffaf, azad, demokratik, beynəlxalq standartlara uyğun şəkildə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin (86,02 faiz) səsini qazanaraq Prezident seçildi. Strateji sahələrdə əldə olunmuş fundamental nailiyyətlər və dayanıqlı inkişaf xalqın seçimini müəyyən etmişdir. Cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib. Dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb. Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi daha da möhkəmlənib. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləridir."- Deputat deyib.
    Ə. Salahzadə vurğulayıb ki, Azərbaycan xalqı görülən işlərə səs verdi:
    "Dövlət başçısı İlham Əliyev 2018-ci ildə keçirilən andiçmə mərasimində belə bir reallığı da diqqətə çatdırdı ki, sabitlik olmasa, inkişafdan söhbət gedə bilməz. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, böyük nailiyyətimizdir.”-
    Depuatat deyib.

    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ