Sizin reklam burada
Sizin reklam burada
  • Şirvanda deputatların iştirakı ilə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda ümumşəhər tədbiri keçirildi

    Ötən gün-30 mart 2023-cü il tarixdə Şirvan şəhər İH, YAP şəhər təşkilatının birgə təşkilatçılığı ilə 2023- cü il "Heydər Əliyev ili" çərçivəsində “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda ümumşəhər tədbiri keçirildi.
    "Atributinfo.az" xəbər verir ki, tədbirdə Şirvan şəhər İH başçısı İlqar Abbasov, Şirvanın deputatı İltizam Yusifov və həmkarı Musa Quliyevlə iştirak etmişlər.
    İlk öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilmiş, daha sonra YAP Şirvan şəhər təşkilatının inzibatı binasında elmi-nəzəri konfrans öz işinə başlamışdır. Dahi şəxsiyyət, Görkəmli Dövlət xadimi, öz ömrünü xalqına bəxş etmiş, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rolu olan Ümummilli Lider Heydər Əliyevin Siyasi-Dövlətçilik fəaliyyəti , onun siyasi-fəlsəfi irsindən, Azərbayçançılıq ideologiyasından geniş, dəyərli çıxışlar olmuşdur.
    Sonda Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olmuş bir qrup şəxsə partiya vəsiqələri təqdim olunmuşdur.

    Bəradər
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ