Sizin reklam burada
Sizin reklam burada

Prezident: Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Avropa İttifaqına təşəkkür edirəm

Prezident: Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Avropa İttifaqına təşəkkür edirəm “Uzun illərdir ki, Azərbaycan torpaqları işğal altındadır”.
Bunu Azərbaycan prezidenti İlham Əliyev Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Prezident bildirib ki, Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edib: “Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozub, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri hələ də yerinə yetirmir. Bu qətnamələr Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüf ki, işğal 25 ildən çoxdur davam edir. Mən Avropa İttifaqına Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edirəm”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ