Sizin reklam burada
Sizin reklam burada

YAP Səbail Rayon Təşkilatı növbəti iclasını keçirdi

YAP Səbail Rayon Təşkilatı növbəti iclasını keçirdi Ötən il noyabrın 21-də Azərbaycan siyasi partiyasında avanqard siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının yaranmasının 24 ili tamam oldu. Təbii ki, bu əlamətdar hadisə respublikamızda layiqincə qeyd olundu. Ilk növbədə YAP-ın rayon təşkilatları müxtəlif tədbirlər keçirdilər, Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan üçün gördüyü işlər xatırlandı, dahi şəxsiyyətə minnətdarlıq ifadə olundu.
Bu sırada Səbail rayon təşkilatı da həmişə öncüllər sırasında addımlayır. YAP rayon təşkilatının sədri, millət vəkili, professor Şəmsəddin Hacıyevlə müntəzəm əlaqələrimiz olduğundan, görülən işlər barədə də kifayət qədər məlumatlıyıq. YAP Səbail Rayon Təşkilatı növbəti iclasını keçirdi
Yanvarın 27-də idarə heyətinin növbəti iclasında gündəliyə aktual məsələlər daxil edilmişdi:
1. YAP Səbail rayon təşkilatının 2017-ci il üçün iş planının müzakirəsi və təsdiq edilməsi
(Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə əlaqədar tədbirlər planının müzakirəsi və təsdiqi)
(Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi ilə əlaqədar tədbirlər planının müzakirəsi və təsdiqi)
2. YAP Səbail rayon Təşkilatı Nəzarət-Təftiş Komissiyasının 2017-ci il üçün iş planının müzakirəsi və təsdiq edilməsi.
3. Cari məsələlər
İclasda giriş sözü ilə çıxış edən professor Şəmsəddin Hacıyev bir daha ötənlərə qayıtdı, Ulu öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söhbət açdı. O, 1992-ci il oktyabrın 16-da 100-ə yaxın ziyalının Heydər Əliyevə müraciətini xatırlatdı: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. YAP Səbail Rayon Təşkilatı növbəti iclasını keçirdi Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.
Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan partiyasının yaradılmasına razılıq verdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan partiyası təsis edildi. Ulu Öndər Heydər Əliyev partiyanın sədri seçildi.
Istər natiq, istərsə də çıxış edən digər partiya üzvləri sonrakı illəri, o cümlədən Prezident İlham Əliyevin respublikaya rəhbərlik etdiyi dövrü müsbət xarakterizə edərək, ölkəmizin uğurlu inkişaf yolu seçdiyini vurğuladılar. Bütün bu uğurların qazanılmasında YAP üzvlərinin fəallığını da qeyd etdilər.
Sonra gündəlikdə duran məsələlər müzakirə edildi. Əvvəlcə rayon təşkilatının 2017-ci il üçün iş planı müzakirə olundu və təsdiqləndi. Ardınca gündəlikdə duran digər məsələlər ətrafında da müzakirələr aparıldı və tədbirlər planları təsdiq olundu.
Cari məsələlərin müzakirəsi zamanı üç nəfərin üzvlük vəsiqəsinin itməsi ilə bağlı, onlara yeni vəsiqələrin verilməsi qərara alındı.

Bəradər

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ