Sizin reklam burada
Sizin reklam burada

Rafael Cəbrayılov: “Xalqa məxsus olan dövləti məmur layiqincə təmsil etməlidir”

Rafael Cəbrayılov: “Xalqa məxsus olan dövləti məmur layiqincə təmsil etməlidir”Vətəndaş-məmur münasibətləri ilə bağlı Milli Məclisin deputatı Rafael Cəbrayılovun açıqlamasını təqdim edirik.

Dövlət-vətəndaş münasibətlərinin demokratik əsaslar üzərində qurulması tarixin bütün dönəmlərində aktual məsələ kimi diqqət mərkəzində olub. Hər bir cəmiyyət bu munasibətlərin demokratiklik keyfiyyətinin yüksəldilməsi istiqamətində daim mübarizə aparıb. Azərbaycan Respublikasında da bu yönümdə böyük işlər görülüb. Çünki, Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan huquqi, dunyəvi və demokratik respublikadir. Dövlət-vətəndaş münasibətləri öz ifadəsini əsasən dövləti təmsil edən məmurla vətəndaş arasındakı münasibətlərdə tapır. Bu baxımdan da məmur-vətəndaş münasibətlərinin qanunun aliliyi, insan hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması və demokratik əsaslar üzərində qurulmasi vacibdir. Hər bir məmur unutmamalıdır ki, o Azərbaycan dövlətini təmsil edir və onun qarşısındakı vətəndaş Azərbaycan xalqına mənsub şəxsdir. Bu məmurun təmsil etdiyi Azərbaycan Respublikası isə məhz, Azərbaycan xalqının dövlətidir.

Hələ 2007-ci ildə Milli Məclis "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanun qəbul etmişdir. Bu qanunun tələblərinə görə hər bir məmur özünü tərbiyəli, mədəni, qayğıkeş aparmalı, insanların hüquq və azadlıqlarına, şərəf və ləyaqətinə hormətlə yanaşmalı, qanunu pozmamalı, dövlətin imicinə xələl gətirə biləcək hərəkətlərdən çəkinməlidir. Düşünürəm ki, bu qanuna hər bir məmur nəinki məmur-vətəndaş münasibətlərində, habelə gündəlik həyat və məişətində də əməl etməlidir. Ölkə Prezidenti İlham Əliyev cənabları dövlət-vətəndaş münasibətlərinin demokratik əsaslar üzərində qurulmasına daim calışmış və məmur özbaşnalığına qarşı barışmaz mübarizə aparmışdır. Hər bir məmuru “xalqın xidmətçisi” hesab edən cənab Prezident elə bu günlərdə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bir daha vurğulamışdır ki, “Məmurlar xalqla yaşamalı, özü və ailə üzvləri təvazökar olmalıdırlar”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ