Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanın Tehrandakı səfiri İran parlamentinin komissiya sədri ilə görüşüb

Azərbaycanın Tehrandakı səfiri İran parlamentinin komissiya sədri ilə görüşüb Yanvarın 30-da Azərbaycanın İran İslam Respublikasındakı səfiri Bünyad Hüseynov İran parlamentinin xarici siyasət və təhlükəsizlik komissiyasının sədri Əlaiddin Bürucerdi ilə görüşüb.
Görüşdə səfir B.Hüseynov bildirib ki, Azərbaycan İranla siyasi, iqtisadi və ticarət əlaqələrin inkişafında maraqlıdır.
Advertising 13
Səfir qeyd edib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 45 faiz artaraq 320 milyon dollara çatıb. Turizmin inkişafından danışan səfir deyib ki, Azərbaycan vətəndaşları İrana vizasız gediş-gəliş edir, cari ilin əvvəlindən isə Azərbaycan İran vətəndaşları üçün AsanViza sistemi vasitəsi ilə elektron viza verir.
Ə. Büricerdi öz növbəsində bildirib ki, Azərbaycan və İran arasında qədimdən tarixi, dini, mədəni və siyasi bağların olması əlaqələrin inkişafı üçün şərait yaradır. O, Azərbaycan və İran parlamentlərarası münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb: "Çalışmalıyıq ki, iki ölkəni maraqlandıran sahələrdə əlaqələr daha da genişlənsin. Bunun üçün müştərək komissiyanın görüşləri davamlı aparılmalıdır, münasibətlərin daha da möhkəmlənməsi üçün müvafiq addımlar atılmalıdır."

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ