
Bu fikirləri Milli Məclisin dünən-dekabrın 2-də keçirilən plenar iclasında "Dövlət özəl tərəfdaşlığı haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Aydın Hüseynov deyib. O, slavə edib ki, Dövlət özəl tərəfdaşlığı müsabiqəsinin bütün şərtləri 12-ci maddədə çox düzgün şəkildə qeyd edilib.
"Prosedurun bir hissəsi müsabiqə yolu ilə həyata keçirilir və elə bir prosedurlar və yaxud da iştirakçı var ki, o, müsabiqədən kənar müqavilə bağlaya bilər. Ona görə də bir daha fikrimi sadələşdirirəm. "Birbaşa danışıqlar əsasında" ifadəsinin yerinə "müsabiqədən kənar müqavilənin bağlanması" ifdəsi yazılsa daha mükəmməl olar.
Bir də maddə 4-də və maddə 6-da dövlət özəl tərfdaşlığının əsas prinsipləri göstərilir, eləcə də dövlət özəl tərəfdaşlığı sahəsində dövlət siyasəti, sosial öhdəliklər siyasəti göstərilir. Burda hər iki maddədə tərəfdaş olacaq, layihədə iştirak edəcək və bu müqavilədə tərəfdaş olacaq tərəflərin sosial öhdəliklərinin də artırılması mən hesab edirəm ki, mütləq lazımdır. Çünki, indiki halda həmin təşkilatlar deyək ki, dövlət təşkilatı sayıllr və onların sosial öhdəlikləri var. O gələcəkdə bu özəl sektor tərəfindən idarəçiliyə keçəcəksə, özlüyündə o sosial öhdəlikləri də qəbul etməlidir."-deputat vurğuladı.
Bəradər
"Atributinfo.az"