Sizin reklam burada
Sizin reklam burada

Orta Dəhliz regional sabitlik və potensial əməkdaşlığı təmin edəcək

Orta Dəhliz regional sabitlik və potensial əməkdaşlığı təmin edəcək Məşhur Məmmədov
Milli Məclisin deputatı

Bakıda keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans bütün diqqətləri özünə yönəltdi.
Konfrans regionda baş verən hadisələrin müzakirəsi üçün önəmli platforma olmaqla, postmüharibə dövründə sülh quruculuğu və yenidənqurma işlərinə xüsusi diqqət yetirilməsi ilə yadda qaldı.
Azərbaycanın geostrateji yerləşməsi həmişə - qədim İpək Yolu vaxtından Ümummilli Lider Heydər Əliyevin böyük Avrasiyanın yeni enerji xəritəsini məharətlə cızaraq müvəffəqiyyətlə enerji dəhlizlərinin yaratdığı müasir dövrümüzə qədər özünə diqqəti cəlb etmişdir. Bu, həm ticari, həm də siyasi nöqteyi-nəzərdən qonşuluqda yerləşən ölkə üçün asan deyildi. Çünki regionun üzləşdiyi bütün əsas məsələlərdə Azərbaycan həmişə üzərində hökmranlıq etmək istəyən tərəflərin səylərinə, bu səylərin haradan daxil olmasına baxmayaraq müqavimət göstərmişdir.
İstənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da, ölkə başçısı İlham Əliyevin apardığı düzgün siyasətin nəticəsidir. Güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətinin proqnozlaşdırılması - bütün bu amillər mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulmasına imkan yaradır.
Azərbaycanın coğrafiyasına baxanda görürük ki, açıq dənizə, okeanlara çıxışımız yoxdur. Buna görə istər bizim enerji layihələrimiz, istərsə də nəqliyyat layihələrimiz olsun, hədəfimizə çatmaq üçün cənab Prezident çıxışında qeyd etdiyi kimi, biz çox gərgin işləməli idik. Bizim coğrafi mövqeyimizin üstünlüyü var, bu Avropa ilə Asiyanın arasında yerləşməyimizdir. İki qitənin ortasında yerləşirik və bu bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. İnfrastrukturun fiziki olaraq mövcudluğu ən vacib məsələ idi və dövlət bu sektora uzun illər ərzində sərmayə yatırıb.
Beş il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə Prezident İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik. İndi isə ölkəmizdən keçən artan yük həcmlərini gördükdə Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başladıq. Bu layihə bizə 100 milyon ABŞ dollarından daha baha başa gələcək və biz bu layihəni bir il və ya ola bilsin, bir il yarım müddətində bitirməyi planlaşdırırıq.  Azərbaycan iki dəhlizin iştirakçısıdır və Azərbaycanda bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturu hazırdır. Biz müasirləşdirmə işləri aparırıq, qatarların, yük qatarlarının sürətini artırmaq üçün yeni dəmir yolları tikirik. Eyni zamanda, nəqliyyat infrastrukturuna sərmayə yatırırıq, xüsusilə hava ilə yükdaşımaları infrastrukturuna.
Bizim nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət limanımız 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Çünki buna zərurət var, çünki dünyada yeni geosiyasi vəziyyət mövcuddur və Azərbaycandan daha çox yüklərin daşınmasına zərurət var. Həmçinin biz hava limanları layihələrinin tamamlanması prosesindəyik. Laçın hava limanı hazır olandan sonra, işğaldan azad edilmiş ərazilərdə üçüncü hava limanı olacaq, Azərbaycanda beynəlxalq hava limanlarının sayı doqquza çatacaq. Əlbəttə ki, bu, təkcə sərnişin daşımaları üçün yox, həm də yük daşımaları üçündür. Beləliklə, biz Azərbaycan ərazisindən yükdaşımaların sürətlə artmasını gözləyirik və buna hazırıq.
Bakıda gəmi infrastrukturu və yeni gəmiqayırma zavodlarımızın olması ilə bağlı potensialımızı əlavə etsək, biz, əlbəttə ki, planlaşdırdıqlarımıza nail olacağımızı görəcəyik. Xəzər dənizinin şərq sahillərindən yükləri Azərbaycan ərazisindən nəql etmək üçün bizə sözsüz ki, yeni tankerlər, bərələr və yük gəmiləri lazım olacaq.
Bakı Limanı genişləndirilir və onun illik yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona qədər çatdırılması nəzərdə tutulur.
Bakı Lİmanında 2014-ci ildə "Bərə" terminalı istifadəyə verilib.
Liman, nəinki Azərbaycan, region üçün strateji mühüm obyektdir. Son dövrlər orta dəhlizlə bağlı xüsusilə müharibədən sonra daha çox mediada mövzular işıqlanmağa başladı. Demək olar ki, cənab Prezident əksər çıxışlarında Azərbaycanın logistika imkanları barədə danışır. Logistikadan danışarkən Bakı Limanının fəaliyyətinə, onun gələcəyinə diqqət ayırır.
Qonşu dövlətlərə tətbiq edilən sanksiyalar, dünyada formalaşan yeni reallıqlar fonunda tranzit ölkə kimi Azərbaycana böyük tələb formalaşıb və bu amil də ölkəmizin ən böyük dəniz qapısı, logistika mərkəzi olan Bakı Limanına cəlb edilən yükün həcmini sürətlə artırır. Hazırda Bakı Limanı gələn yük həcmini qarşılamaq imkanında olsa da yaxın gələcəkdə bu həcmin daha çox artacağı ilə bağlı real proqnozlar Bakı Limanının ikinci fazasının tikintisinə qısa zamanda başlanılmasını zəruri edir.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ