Sizin reklam burada
Sizin reklam burada

Yeni Azərbaycan Partiyası möhkəm siyasi ideologiya əsasında yaradılıb

Mətanət Səfərli,
YAP Nəsimi rayon təşkilatının əməkdaşı

Noyabr ayının 21-də 30 illiyini qeyd edən Yeni Azərbaycan Partiyasının tarixinə nəzər saldıqda gözümüzün önündə çox məşəqqətli, eyni zamanda da çox şərəfli cığırlar, səhifələr canlanır. Doğrudan da, YAP-ın yaranması tarixi hadisə idi. Həmin dövrdə xalqımız böyük faciələrlə üzləşmişdi. Məhz bu üzdən ziyalılar Ümummilli lider Heydər Əliyevə müraciət edərək onu Bakıya dəvət etdilər. Həm Yeni Azərbaycan Partiyasının müxalifət partiya kimi yaradılması, həm də dövlətin ağır problemlərini üzərinə götürülməsi böyük məsuliyyət tələb edirdi. Bəli, Heydər Əliyev bu məsuliyyəti üzərinə götürdü. Demokratik inkişafın yerində saydığı bir şəraitdə, partiyanın təsis konfransının Naxçıvanda keçirilməsinin özü bir qətiyyətli addım demək idi. 1992-ci il noyabrın 21-də Azərbaycanın bütün regionlarından seçilmiş 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını keçirməyə nail oldu. Təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi və Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Konfransda, həmçinin partiyanın proqram və nizamnaməsi də qəbul edildi.
YAP-ın VII Qurultayında qəbul edilmiş qərarlar əsasında partiyanın yeni Nizamnaməsi, 40 nəfərdən ibarət İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası, 35 nəfərdən ibarət Veteranlar Şurası təsdiq edilib. YAP hazırda regionda ən güclü bir siyasi partiyadır. Bu gün YAP-ın üzvləri ulu öndər siyasi kursuna sadiq olduqlarını öz əməllərilə sübut edirlər.
Hər kəsə bəllidir ki, həmin dövrdə ölkəmizdə ictimai - siyasi vəziyyət getdikcə ağırlaşırdı. Ermənistandan zorla qovulan vətəndaşlarınız respublikamızın bütün rayonlarına pənah aparmışdılar. Bununla yanaşı Xankəndidə baş qaldıran erməni separatçıları azərbaycanlıları qətlə yetirir, evlərini yandırır, qız-gəlinləri əsir götürürülər. O dövrdə Azərbaycanda hakimiyyətdə olan şəxslər bu hadisələrin qarşısını nəinki ala bilmirdilər, hətta onların qarşısından geri çəkilirdilər, qorxaqlıq nümayiş etdirirdilər. Əgər həmin dönəmdə AXC-Müsavat cütlüyü özlərində cəsarət tapıb dahi şəxsiyyət olan Heydər Əliyevi hakimiyyətə dəvət etsəydilər, ölkəmiz bu cür ağır vəziyyətə düşməz, torpaqlarımızın 20 faizi işğal edilməzdi. Deməli, nə qaçıqın və məcburi köçkünlərimiz olardı, nə də minlərlə şəhid verərdik,nə də yaralımız olardı.  1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi həm mənəvi cəhətdən, eyni zamanda, hərbi-strateji nöqteyi-nəzərdən böyük faciə idi. 1990-cı illərin əvvəllərində sərgilənən qətiyyətsiz siyasi mövqe, xərcmərclik xalqımıza çox baha başa gəlir.
Bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, hələ 1970-80-ci illərin əvvəllərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl respublikaların birinə çevrilmişdir. Ulu öndər Heydər Əliyev bütün vəzifələrdən istefa verəndən iki həftə keçməmiş erməni separatçıları artıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşməsi ilə bağlı məsələ qaldırmışdılar. Bütün bunlar onu deməyə əsas verir ki, əgər dövlətimizin sükanı ulu öndər Heydər Əliyevin ixtiyarında olsaydı, sonrakı illərdə üzləşdiyimiz faciələrin heç biri baş varməzdi.
Xüsusilə qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış Yeni Azərbaycan Partiyasının əsas prinsipi dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək, demokratik, hüquqi dövlət quruculuğunu gücləndirmək idi. Partiya fəlsəfəsinin əsasını təşkil edən dövlətçilik, azərbaycançılıq, həmrəylik və sosial ədalət prinsipləri siyasi gələcəyimizin əsas ideya sütunları oldu. Bu gün də YAP bu prinsiplərə sadiqdir.
Hətta siyasi rəqibləri də bu gün etiraf edirlər ki, ümummilli lider Heydər Əliyev öz xalqını sevən, müstəqil Azərbaycan dövlətinin yaşaması və güclü bir dövlət olması üçün canını belə əsirgəməyən dahi şəxsiyyət idi. YAP Avropa və Asiyada iqtidarda olan bir çox siyasi partiyalarla sıx əməkdaşlıq edir. Bu gün Azərbaycan xalqı iqtidar partiyası olan YAP-ı dəstəkləyir və partiyanın Sədri, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezidenti İlham Əliyevi özlərinin lideri hesab edir. 2020-ci ildə 44 günlük Vətən Müharibəsində qazandığımız parlaq qələbə deməyə imkan verir ki, Prezident İlham Əliyev, həqiqətən də, dahi siyasətçi olan atası Heydər Əliyevin etimadını doğrultdu, Azərbaycan xalqının milli qürurunu, inamını özünə qaytardı. Baş verənləri təhlil edərkən 30 il öncə Yeni Azərbaycan Partiyasının hazırladığı milli siyasi ideologiyanın çox möhkəm əsaslara söykəndiyini söyləmək olar.



  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ