Sizin reklam burada
Sizin reklam burada

Deputatdan əhəmiyyətli təklif

"Çalışacam ki, fikirlərimi mahiyyəti üzrə yönəldəm və bu fikirlərimi komitə iclasında da səsləndirmişdim. Orda müəyyən dərəcədə fikirlərimi geniş bildirmişdim. indi hörmətli baş nazirimizin və digər hökumət üzvlərimizin iştirakı olduğuna görə o fikri bir daha səsləndirmək istərdim." Bu sözləri Parlamentin bu günkü iclasında "2022-ci ilin Dövlət büdcəsi haqqinda" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edərkən millət vəkili Aydın Hüseynov dedi. O, bildirdi ki,
Dövlət büdcəsinin Sosial müdafiə və sosial təminat xərcləri üzrə 271, 913-cü maddədə 266 milyon manat nəzərdə tutulub. Yəni, bu o deməkdi ki, işsiz şəxslərin məşğulliq imkanlarının artırılması məqsədilə haqqı ödənilən ictimai işlərə 266,6 milyon manat proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 5,7 faiz çoxdur. Burda əsasən səsləndirmək istəyirəm ki, məlum olduğu üzrə bir neçə il bundan əvvəl və yaxud da, mütəmadi olaraq büdcə təşkilatlarına, xüsusilə səhiyyə, təhsil, mədəniyyət və eləcə də bu kimi dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə vəsaitlərinə qənaət olunması və digər əsaslı səbəblərdən ştat ixtisarlar aparılmışdır.
" Hesab edirəm ki, artıq o dövrdən sonra məsələn, məktəblərdə şagirdlərin sayı artır və yaxud da, yəni, artıq burda o tələblər mən hesab edirəm ki, əvvəlki tələbləri üstələyir. Ona görə də həmin sahələrin maliyyələşdirilməsi üçün bu xərc maddəsinin digər xərc maddələrinə yəni, (mütəxəssis baxımından çox hörmətli maliyyə nazirliyinin mütəxəssisləri bunu bilirlər) həm səhiyyə və təhsil xərclərində və yaxud da, mədəniyyət xərclərində onları formalaşdırmaq və həmin ştatları bərpa etmək zərurəti yaranır. Əgər bu ştatların bərpa olunması hər hansı səbəbdən mümkün olmazsa, işsizlik üçün, ictimai işlər üçün həmin vətəndaşlarımız cəlb olunanda, onlar Mənzil Kommunal Təsərrüfatı sisteminin və sistemi vasitəsilə işlə təmin olunmaq yox, elə bu kimi ictimai müəssisələrdə təhsil, səhiyyə, mədəniyyət və bu kimi bizim büdcə təşkilatlarında işə cəlb olunsunlar. Bu həm vətəndaşda özünə inam yaradır, digər tərəfdən bu proseslərin tənzimlənməsi də asan olur." - Deputat bildirdi.

Bəradər Səməndərli
"Atributinfo.az"

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ