Bunu Prezident İlham Əliyevin Bolqarıstana səfərinin əhəmiyyətini şərh edən Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat hesab edir ki, Bolqarıstanın NATO və Avropa İttifaqının üzv olguğunu nəzərə alsaq Bakı və Sofiya arasında strateji əməkdaşlıq münasibətlərinin əhəmiyyəti xüsusi ilə önəm kəsb edir: “İki ölkə arasında münasibətlər dövlətlərin maraqlarına uyğun olaraq yüksələn xəttlə inkişaf edir. Azərbaycanla Bolqarıstan arasında münasibətlərin daha da dərinləşməsində Prezident İlham Əliyevin bu ölkəyə səfəri və əldə olunan razılaşmalar mühüm amil kimi qiymətləndirilir”.
Millət vəkili indiki halda Avropa enerji bazarında yaranmış çətin vəziyyəti nəzərə alaraq Azərbaycanın bu ölkələrlə əməkdaşlığı həssaslıqla izlənilir: “Çünki Avropa enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın artan rolu yeni bir situasiya formalaşdırır. Bu xüsusda sözsüz ki, Azərbaycanın Avropaya ilə geniş sferada qarşılıqlı maraqlar konteksində hərtərəfli əlaqələri sağlam dayaqlar üzərində inkişaf edir”.
Aydın Hüseynov TAP və TANAP kəmərlərinin əhəmiyyətini qiymətləndirərkən Azərbaycanın Avropa enerji təminatında etibarlı tərəfdaş olduğunu söyləyib: “Eyni zamanda Azərbaycan Xəzərdə, Bolqarıstan isə Qara dənizdə strateji mövqeyə malikdir. Məhz bu baxımdan müvafiq potensialların reallaşdırılması hər iki ölkə üçün yeni imkanlar yaradır. Bununla yanaşı Orta Dəhliz layihəsinin potensialı və bu nöqteyi-nəzərdən nəqliyyat sahəsində Azərbaycan-Bolarıstan əməkdaşlığının yeni səviyyəyə çatması böyük bir perspektivdən xəbər verir. Bu layihə üzərindən Şərq-Qərb tranzit dəhlizi ilə yükdaşımalarının əhəmiyyətli dərəcədə artması ölkələr arasında ticarət və iqtisadi sahədə yeni bir müstəvidə imkanların açılması da artıq zəruri bir hala çevrilib”.
