Sizin reklam burada
Sizin reklam burada

Bolqarıstanla münasibətlərdə yeni mərhələ: Avropada güclənən mövqeyimiz...

Bolqarıstanla münasibətlərdə yeni mərhələ: Avropada güclənən mövqeyimiz... Azərbaycan bütün tərəfdaşları ilə yüksək səviyyəli münasibətlərin qorunub saxlanılmasında və inkişafında maraqlıdır. Ölkəmiz həm ikitərəfli, həm də çoxşaxəli əməkdaşlığa böyük önəm verir. Bu, Azərbaycanın xarici siyasət kürsunda mühüm yer tutur. İstər enerji, istərsə də digər sahələrdə Azərbaycanla Avropa Birliyi ölkələri və bu qitədə aparıcı mövqe tutan dövlətlərlə çox yaxşı münasibətlər formalaşıb. Azərbaycanın dayanıqlı siyasət kursu və strateji hədəfləri məhz bu amilləri təmin edib.
Bolqarıstanla münasibətlərdə yeni mərhələ: Avropada güclənən mövqeyimiz...Bunu Teleqraf.com-a Prezident İlham Əliyevin Bolqarıstana səfərinin əhəmiyyətini şərh edən Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
Deputat hesab edir ki, Bolqarıstanın NATO və Avropa İttifaqına üzv olguğunu nəzərə alsaq Bakı və Sofiya arasında strateji əməkdaşlıq münasibətlərinin əhəmiyyəti xüsusi ilə önəm kəsb edir: “İki ölkə arasında münasibətlər dövlətlərin maraqlarına uyğun olaraq yüksələn xətlə inkişaf edir. Azərbaycanla Bolqarıstan arasında münasibətlərin daha da dərinləşməsində Prezident İlham Əliyevin bu ölkəyə səfəri və əldə olunan razılaşmalar mühüm amil kimi qiymətləndirilir”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ