Sizin reklam burada
Sizin reklam burada

"Azərbaycan cəmiyyəti ulu öndəri hər zaman ehtiramla yad edir"

"Azərbaycan cəmiyyəti ulu öndəri hər zaman ehtiramla yad edir" Prezident İlham Əliyevin 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam verməsi hər bir soydaşımızı sevindirib. Azərbaycan ictimaiyyəti bununla bağlı öz fikirlərini bölüşür. Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Səadət Məhərrəmova saytımıza bildirib ki, Prezident İlham Əliyev tərəfindən bu sərəncamın verilməsi Azərbaycan dövlətinin öz ümummilli liderinə olan diqqət və sədaqətinin bariz nümunəsidir.
Səadət Məhərrəmova deyib ki, ulu öndər Heydər Əliyevin zəngin həyat yolu hər birimiz üçün örnəkdir: "Hər zaman xalqla sıx bağlılığı olan ümummilli lider dövlәtçilik məfkurəsinə sədaqət nümayiş etdirib. Azərbaycan cəmiyyəti ulu öndəri hər zaman ehtiramla yad edir. Sərəncamda da qeyd edildiyi kimi, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. O, Azərbaycanın inkişafı və dünyada tanınması istiqamətində misilsiz xidmətlər göstərib. Ulu öndərin çoxşaxəli irsini indiki və gələcək nəsillərə tanıtmaq hər birimiz üçün şərəfli vəzifədir".
Səadət Məhərrəmova bildirib ki, Azərbaycan dövləti və xalqı görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyini təntənəli şəkildə qeyd edəcək: "Bildiyimiz kimi, 2023-cü il mayın 10-da ulu öndər Heydər Əliyevin anadan olmasının 100 ili tamam olacaq. Məlum sərəncama görə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması təmin ediləcək. Bu sərəncamdan irəli gələrək Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlanacaq. Şübhəsiz ki, hər bir qurumda “Heydər Əliyev İli” çərçivəsində müxtəlif səpkili tədbirlər keçiriləcək. Biz də Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyi olaraq “Heydər Əliyev İli” çərçivəsində tədbirlərin təşkilini planlayırıq".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ