
Səmədov Xətai Hacı oğlu
Şəki Regional ASAN xidmət mərkəzinin Notariat Ofisinin notariusu
27 sentyabr Azərbaycan xalqının şanlı, şərəfli tarixini öz qanlarıyla yazan, 30 illik həsrətə son qoyan, 30 illik qara ləkəni üstümüzdən götürən mübariz oğullarımızın anım günüdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixili sərəncamına əsasən hər il sentyabrın 27-si Azərbaycan RespublikasındaAnım Günü kimi qeyd edilir. Məhz bu gün müzəffər Azərbaycan ordusu Ali BaşKomandanın əmri ilə düşmənin üzərinə aslanlar kimi yeriyib cəmi 44 gün ərzində ata-baba torpaqlarımıza yenidən sahiblənərək yurdumuzu viran edən erməni vandalizminəson qoydu.Dünyada millətlər və xalqlar müxtəlifdir və hərəsinin özünəməxsus yanaşma tərzi,baxış bucağı, paradiqmaları mövcuddur. Mədəni xalqlar və dövlətlər tarixin hər birdövründə müharibədən uzaq durmuş, sülh içərisində yaşamağı doğru addım kimiqiymətləndirmişlər. Azərbaycan belə dövlətlərdən biri kimi, istər tarixi keçmişdə, istərsədə bu gün daim sülhün tərəfində dayanmış, əmin-amanlıq içərisində yaşamağı üstüntutmuşdur. Lakin, bu da bir faktdır ki, bizim erməni kimi mənfur qonşumız vardır, hansıki, onlarla normal ünsiyyətdə olmaq, sivil yolla anlaşmaq olduqca çətindir.Keçən əsrin 20-ci illərin sonu, 30-cu illərin əvvəllərində tarixi dədə-babatorpaqlarımızın Ermənistana verilməsi az imiş kimi, 80-cı illərdə erməni təcavüzkarlarıəbədi xülyaları olan “Böyük Ermənistan” yaratmaq xəyallarını gerçəkləşdirməkarzusuna düşdü və yenidən Azərbaycan torpaqlarına hücum etdi. Azərbaycantorpaqlarını işğal edərək 30 il əsarətdə saxlayan, yeraltı və yerüstü sərvətlərimizi talanedən, tarixi abidələrimizi dağıdan və saxtalaşdıran, daha bir çox fəlakətlərə səbəb olanmənfur qonşularımızla 30 illik danışıqların nəticəsiz sonsuzluğuna xitam verərəkAzərbaycan ordusunun gücünü, qüdrətini göstərdik.Əslində müharibələr lənət hesab edilir, ancaq Azərbaycan ordusunun öz ata-babatorpaqları uğrundakı haqlı müharibəsini müqəddəs adlandırmaq olar, çünki Vətəninazadlığı bir vətənpərvər üçün hər şeydən önəmlidir.Ermənistanın xalqımıza, dövlətimizə, millətimizə qarşı düşmənçiliyi, əsrlərdən bəriapardığı təxribatlar artıq bütün dünya ictimaiyyətinə və siyasətinə məlumdur. 30 il ərzində istər xalqımıza, istərsə də torpaqlarımıza edilən təcavüz nəticəsində neçə-neçəgünahsız insan qurban getmiş, qanlar tökülmüş, çıraqlar sönmüş, ocaqlar külədönmüşdür. Təbiidir ki, nə zamansa 1980-cı illərin sonu, 1990-cı illərin əvvəllərindəQarabağ hadisələrində dağıdılan kənd və şəhərlərin, qırılan on minlərlə günahsızinsanın, yurdundan didərgin düşən yüz minlərləazərbaycanlının hesabının aparılacağı,intiqamının alınacağı gün də gələcəkdi. 1990-1994-cü illərdə baş verən Birinci Qarabağmüharibəsi zamanı itirdiyimiz torpaqlarımızın hər qarışını almağın zamanı yetişmişdi.Mübariz İbrahimov, Fərid Əhmədov kimi cəsur igidlərin bir an belə tərəddüd etmədənqəsbkar düşmənə təkbaşına meydan oxumaqları gənc nəslin vətənpərvərlik əqidəsininnümayiş etdirilməsi baxımından əbədiyaşar və misilsiz nümunədir.Beləliklə, xalqın səbr kasası doldu, 2016-cı ilin aprelində Lələtəpədə baş vermişdöyüşlər Ermənistanın təxribatlarının qarşısının alınması yolunda uzun illərdən sonra uğurlu addım oldu. 2020-ci ilin Tovuz döyüşləri isə xalqımızın işğalla əslabarışmayacağını bir daha sübut etdi. Tovuz rayonu istiqamətində baş verən döyüşlərzamanı Azərbaycan Silahlı Qüvvələrinin 6-sı zabit olmaqla 7 hərbi qulluqçusuqəhrəmancasına şəhid oldu. Onların arasında xalqın sevimlisi, hərbiçi yoldaşlarıarasında böyük rəğbət qazanmış, zabitlər içərisində nüfuz sahibi olan, qeyrətli, alicənabgeneral Polad Həşimovun şəhadətə qovuşmaq xəbəri Azərbaycan xalqını silkələdi. Bu,necə deyərlər, bardağı daşdıran son damla oldu.2020-ci ilin 27 sentyabr tarixində Ermənistanın növbəti təxribata əl ataraqərazilərimizi, döyüş mövqelərimizi, yaşayış məntəqələrimizi güclü artilleriya atəşinətutması, hərbi qulluqçularımız şəhid olması, dinc əhalidən isə ikisi uşaq olmaqla 14nəfər həlak edilməsi Azərbaycan ordusunu hərəkətə gətirmək üçün kifayət etdi. SilahlıQüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə milli ordumuz “əks-hücum”əməliyyatına başladı. Bu əməliyyat adi əməliyyat deyildi. Bu əməliyyat Ali BaşKomandanın rəhbərliyi və xüsusi peşəkarlıqla, hərb tarixinə yenilik kimi düşən ən müasir silahlardan istifadə etməklə, mükəmməl hərbi təhsilə yiyələnmiş,təcrübəli vətənpərvər hərbi heyət tərəfindən hazırlanmış “Dəmir yumruq” əməliyyatıidi. Əməliyyatın həyata keçirilməsi üçün 44 gün kifayət etdi. Beləliklə, Azərbaycanınərazi bütövlüyü 44 günlük müharibənin zəfər sədaları ilə bərpa edildi. Ali BaşKomandan İlham Əliyevin Zəfər müjdəsi ilə bütün dünya Azərbaycan xalqının gücünü,qüdrətini gördü, Vətən müharibəsi bizim yalnız torpaqları geri qaytarmağımızın deyil,eyni zamanda, dünyaya özümüzü bir daha təsdiq etməyimizin açarı oldu. Əbəs deyil ki,cənab Prezident İlham Əliyev öz çıxışında fəxrlə “Bu müharibə bütün dünyayaAzərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi-yenilməz xalq, dəmiriradəli xalq, müzəffər xalq, müzəffər ordumuz!”, deyir. Bu da bir həqiqətdir ki,torpaqlarımızın azad olunması xeyli sayda şəhidin qanı bahasına başa gəldi. Müharibərəfəsində erməni xisləti cəbhə xəttindən uzaqda yaşayan dinc əhalini, Gəncə, Bərdə,Mingəçevir, Ağcabədi kimi şəhərləri bombalamaqla özünü göstərdi. Belə ki,Ermənistanın mülki şəxslərə qarşı raket hücumları zamanı həyatını itirənlər vəyaralananlar arasında hətta körpələr də oldu. Çox təəsüf ki, tarixin bütün dövrlərindəolduğu kimi, 2020-ci ildə də Azərbaycan xalqı yenə də təcavüzkar, qəddar, qəsbkardüşmənlə qonşuluq etməyin bədəlini südəmər məsumların canı bahasına ödədi. “Dəmir Yumruq” əməliyyatı – 44 günlük Vətən Müharibəsi noyabr ayının 10-daAzərbaycan-Ermənistan arasında bəyanatın imzalanması və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Belə ki, müzəffər Azərbaycan Ordusu erməni silahlı qüvvələri və Qarabağda formalaşan terror qruplaşmalarını darmadağın etdi.İkinci Qarabağ müharibəsindən bu günə qədər Vətən uğrunda şəhid olanAzərbaycan övladının and yeri, namus, qeyrət qalası olan Vətən torpağı nəhayət ki,düşmən tapdağından azad oldu. Müvəqqəti səfərbərlik çağırışını gözləmədən könüllüolaraq cəbhəyə axın-axın tələsən Xudayarlar, Cəbrayıllar, Elvinlər, Elnurlar, Elçinlər,Aslanlar, Samirlər, Hikmətlər ölümün gözünə dik baxdılar. Şəhid Arəstə Baxışova kimiVətən məhəbbətinə və peşə borcuna sadiq qalaraq, ana nəvazişinə möhtac azyaşlıövladlarını bizlərə əmanət qoyaraq yaralı əsgərlərə tibbi yardım etmək üçün cəbhəyə yollanan qeyrətli Azərbaycan qadınları heç də onlardan geri qalmadı.Azərbaycan xalqının böyüklüyü ondadır ki, biz öz qələbimizi döyüş meydanındaəldə etdik və zəfər tarixinə müzəffər Azərbaycan ordusunun rəşadəti ilə imza atdıq, ermənilərin uzun illər ərzində özləri haqqında uydurduqları “məğlubedilməzlik” barədə mifi darmadağın etdik. Bununla yanaşı əks-hücum əməliyyatlarının ilk günlərindən etibarən Azərbaycanda xalq bir daha öz liderinə və əsgərinə inamını nümayiş etdirdi. 44 günlük müharibə zamanı xalqımız bir millət kimi tarix boyu ən yüksək həmrəylik nümayiş etdirdi. Bu gün hamı “Qarabağ Azərbaycandır, nida” ifadəsini böyük fəxrlə və qürurla zəfər rəmzi kimi səsləndirir.
Torpaqlarım yad əllərdən azad oldu qarış-qarış,
Mərd igidlər şəhid oldu, qazi oldu, alqış, alqış.
Övladımı işıqlı bir gələcəyə səsləyirəm,
Qucağımda Babək ruhlu nər aslanlar bəsləyirəm
Baxın, mənəm, mən Vətənəm!
Torpağın azadlığından danışarkən igid, cəsur qazilərimizi də unutmaq olmaz.Onların hər biri Vətən torpağının yağı tapdağından təmizlənməsində canıyla, qanıylamübarizə aparmış, qazi adını almışlar. Bu torpaq sənin kimi qəhrəmanlar yetişdirib,Azərbaycan əsgəri, bu torpağı qorumaq sənin müqəddəs borcun, bu torpaqda yaşamaqsənin mənəvi haqqın, bu torpaq uğrunda ölmək sənin şəhadətindir. Çünki bu torpaq sənəatalarının miras qoyub getdiyi ən dəyərli əmanətdir. Azərbaycanın bütövlüyü uğrundadöyüşlərdə iştirak edən hər bir Vətən oğlu onun səmasında dövrə vuran əzəmətliqartaldır. Nə qədər ki, Azərbaycanın qartalları var, Vətənimizin səması daima aydınolacaqdır. Bu Vətən öz qartalları ilə fəxr edir, qürur duyur.
Mən vətən oğluyam, vətən qartalı
Qartal ki, zirvədən heç zaman enməz.
Başının üstündən qaranlıqları
Yox etdim, o zülmət bir daha dönməz.
İndi göylərdən boylanan şəhid ruhları bu şirin vüsalın-şanlı zəfərin xoşbəxtliyiniyaşayırlar. “Biz Qarabağ uğrunda sadəcə olaraq döyüşmədik, biz bütöv Azərbaycan-Vətən uğrunda canımızdan keçdik”, deyirlər. Bu gün Cəbrayılda, Füzulidə, Zəngilanda,Xocavənddə, Tərtərdə, Qubadlıda, Xocalıda, Şuşada, Laçında, Kəlbəcərdə dalğalanan 3rəngli Azərbaycan bayrağı şəhidlərimizin qanıyla boyanıb, ruhuyla aydınlanıb, nuruylaişıqlanıb. Bu günə qədər şəhid olan Azərbaycan oğulları, təkcə bir ananın,bir atanın deyil, bütün xalqın övladlarıdır. Onların dəfnində və anım günlərində iştirak etmək bizlərə həm qürur, həm də hüzn yaşadır. Hər bir şəhid bu torpağın azadlığı uğrunda canını, qanını verərək and yerimizə çevrilmişdir, onların qəhrəmanlığı və vətənpərvərliyi gənc nəslin milli təəssübkeşlik ruhunun formalaşmasında misilsiz məktəbdir..
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı Vətən müharibəsinin başa çatması ilə bağlı xalqa müraciətində bu barədə deyib: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin, qazilərin hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir. Mehriban xanım Əliyeva şəhidlərimizə hörmət və ehtiramını belə ifadə edib: “Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir... Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu. Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq. Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq.Şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onları yaşatmaq, şəhid ailələrinin qayğısına qalmaq, onlara ehtiram göstərmək hər birimizin vicdan və vətəndaşlıq borcudur Bu borcu təkcə anım günlərində deyil, həm də əlimizə düşən hər fürsətdə xüsusi həssaslıqla yerinə yetirməliyik.
Allah şəhidlərimizə rəhmət eləsin!