Səfər çərçivəsində deputatlarımız Xorvatiya parlamentinin Nümayəndələr Palatasının sədr müavini, Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri və digər deputatlarla görüşəcəklər.
Görüşlərdə parlamentlərarası əlaqələrin və ikitərəfli münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.
Sentyabrın 28-də nümayəndə heyətimizin Konstansa şəhərinə səfəri və burada diaspor ilə görüşü də nəzərdə tutulub.
Səfər sentyabrın 29-da başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
