Sizin reklam burada
Sizin reklam burada

“Riyakar düşmənin istəkləri heç zaman baş tutmayacaq”

“Riyakar düşmənin istəkləri heç zaman baş tutmayacaq” Mətanət Səfərli
YAP Nəsimi Rayon təşkilatının əməkdaşı

Tarixin arxivləri erməni vandallarının törətdiyi təxribat, erməni vəhşilikləri ilə zəngindir. İstər 1918 istər 1992 istərsə də 2000-ci illərdə bu təxribatlar nəticəsində günahsız vətəndaşlarımız qətlə yetirilib. Bu zamana kimi ermənilərlə diplomatik savaş aparırdıqsa Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qalib Ordumuz cəmi 44 günə düşmənə dərsini verdi. Bu dərs sayəsində biz Xocalının qisasını aldıq, günahsız düşmən gülləsinə tuş gələn vətəndaşlarımızın qanı yerdə qalmadı və ən əsası işğal faktoru aradan qalxdı.
Azərbaycanın xarici siyasətində sülh və sabitliyin qorunması əsas prinsipdir. Bu prinsipin şərtləri nəinki ölkəmizə eyni zamanda regiona yeni perspektivlər vəd edir. Nəqliyyat infrastrukturunun yaradılması, enerji daşıyıcılarının Avropa və digər regionlara maneəsiz çıxışı və iqtisadi səmərə gətirəcək beynəlxalq layihələrin reallaşdırılması regionun gələcəyinə müsbət təsir edəcək amillərdir ki, bu gün Azərbaycanın yürütdüyü siyasətdə bu amillər özünü daha qabarıq şəkildə göstərir. Ancaq regionda Ermənistan kimi bir ölkənin möcvudluğu və onların təxribatçı siyasəti müəyyən mənada region üçün böyük nəaliyyətlər vəd edən layihələrin reallaşmasına əngəl törədir. Bir zamanlar erməni havadarları bu kimi layihələrin reallaşmasını istəməsə də artıq zaman o zaman deyil. Bu baxımdan erməni havadarları da sözügedən layihələrin, beynəlxalq nəqliyyat qovşağının, Zəngəzur dəhlizinin açılmasında maraqlıdırlar. Maraq olmağına baxmayaraq ikili oyun oynayan Ermənistan üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırır. Bu da ondan irəli gəlir ki, onların ağaları tək bir nəfər deyil....
Gah Rusiya, gah Fransa gah da digər ölkələrə sığınan Ermənistan fürsət axtarır ki, riyakar siyasətini həyata keçirsin. Cəbhədə son baş verən hadisələr də onu deməyə əsas verir ki, Ermənistan revanşist düşüncəsindən əl çəkməyib. Sülhə gəlmək istəmir. Hər cəhdləri isə onlara baha başa gəlir. Çünki onların qarşısında Müzəffər Ordumuz dayanır. O ordu ki, müasir silahlarla silahlanıb, o ordu ki. maddi texniki bazası yüksək səviyyədə təşkil olunub, o ordu ki, orduda nizam-intizam yüksək səviyyədə təşkil olunub. Ön cəbhə kimi arxa cəbhədə sarsılmaz xalq-iqtidar birliyi mövcuddur. Bu birlik bizi yeni-yeni qələbələrə səsləyir. Bu birlik bizə güc verir ki. düşmənlə mübarizədə mətin olaq. Bizi gözü götürməyən qüvvələr də var. Bu qüvvələrin yerlərdə, daxilimizdə olan əlaltıları da fəallıq göstərirlər. Cəmiyyət isə onların cavabını layiqincə verir. Araşdırmalar da göstərir ki, daxildə olan satqınların tutarlı bir mövqeyi olmadığından artıq onlar da tarixin arxivinə qovuşmaq üzərədirlər....
Araşdırmalar göstərir ki, Qarabağ münaqişəsi son dövrün ən qlobal münaqişəsi sayılırdı və bu münaqişənin sülh yolu ilə tənzimlənməsi ilə bağlı Azərbaycanın irəli sürdüyü təklifləri Ermənilər qəbul etmirdi. Düşmən düşünürdü ki. Azərbaycan 92-ci illərdə hakimiyyətdə hərc-mərclik yaranan Azərbaycandır. Hələ bizə hədə-qorxu gəlir, atəşkəsi pozur, sivil vətəndaşlarımızın ölümünə səbəb olurdular. Cənab Prezidentin yürütdüyü siyasət nəticəsində həm iqtisadi həm beynəlxalq nüfuz qazanan Azərbaycan öz qətiyyətini ortaya qoyaraq torpaqlarını düşmən işğalından azad etdi. Kəlbəcər kimi, Laçın kimi coğrafi baxımdan dəniz səviyyəsindən yüksəklikdə yerləşən rayonlarımız bir güllə atılmadan belə düşməndən azad olundu.
Hərb qaçılmaz idi. Çünki, düşmən yeni ərazi iddialarına düşür, və onlara təklif olunan heç bir şərti qəbul etmirdi. Cəmi 44 gündə həyata keçirilən münaqişə zamanı Azərbaycan beynəlxalq prinsiplərə sadiqliyini bir daha nümayiş etdirdi. Ermənistandan fərqli olaraq münaqişə zamanı bir dənə də olsun sivil vətəndaşa güllə atılmadı, əsir və girovlarla rəftar onların geri qaytarılması prosesində hüquqlar qorunub. Gəncə, Bərdə eləcədə digər yerlərə qadağan olunmuş silahlardan atəş açan Ermənistanın artıq başqa yolu qalmayıb. Artıq zamanın tələbləri başqadır. Zəngəzur dəhlizi zamanın tələbidir. Ermənistanın cılız iddiaları isə artıq qəbul olunmur. Bu baxımdan son təxribatları da onu deməyə əsas verir ki, düşmən Dəmir Yumruğu hər zaman başı üzərində hiss edəcək. Müzəffər Ordumuz düşmənə öz mənfur istəklərini reallaşdırmağa imkan verməyəcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ