Sizin reklam burada
Sizin reklam burada

Vitse-spiker Adil Əliyev MDB PA-nın Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini seçilib

Vitse-spiker Adil Əliyev MDB PA-nın Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini seçilibSentyabrın 23-də Müstəqil Dövlətlər Birliyinin ParlamentlərarasıAssambleyasının Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının iclası keçirilib.
İclası giriş sözü ilə açan Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev toplantı iştirakçılarını salamlayaraq komissiyanın işinə uğurlar arzulayıb. Təhlükəsizlik, sərhədlərin toxunulmazlığı məsələsinin vacibliyinə toxunan sədr müavini, dövlətlərin sülh içində birgə yaşamalı olduğunu, bir-birinin sərhədlərinə hörmətlə yanaşmasının zəruriliyinidiqqətə çatdırıb. Ölkələrarası münasibətlərin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun tənzimlənməli olduğunu qeyd edən vitse-spikerdaha sonra hazırlanan qanun layihələri və gündəlik barədə geniş məlumat verib.
Sonra “Milli təhlükəsizlik haqqında” model qanun layihəsi, “Sərhəd təhlükəsizliyi haqqında”, “Dövlət sərhədi haqqında” model qanunlara dəyişikliklər edilməsi barədə məsələlər müzakirə olunub.
İclasda Adil ƏliyevMüstəqil Dövlətlər Birliyinin ParlamentlərarasıAssambleyasınınMüdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini vəzifəsinə seçilib.
MDB PA-nın iclaslarında Milli Məclisin deputatı Arzu Nağıyev də iştirak edir.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ