
Bu fikirləri KİV-yə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Avqustun3-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri növbəti dəfə terror-təxribat əməlinə əl atıblar və nəticədə əsgər Anar Kazımov şəhid olub. Həmçinin onlar Kəlbəcər və Laçın rayonlarında əlverişli mövqeləri ələ keçirməyə cəhd ediblər. Təbii ki, bunun qisası Azərbaycan Ordusu tərəfindən artıqlaması ilə alınıb. Bu, onu göstərir ki, Azərbaycan öz ərazisində hər hansı bir qanunsuz silahlı birləşmənin mövcudluğuna heç vaxt yol verməyəcək. Ermənistan tərəfi də bunu mütləq anlamalı, üzərinə götürdüyü öhdəlikləri tərədüdsüz yerinə yetirməlidir. Və anlamalıdır ki, onların qarşısında qüdrətli, regionun lider dövləti Azərbaycan var.Son baş verən hadisələr göz qabağındadır, mütləq nəticə çıxarılmalıdır”, - Milli Məclisin deputatı bildirib.
“Münaqişə başa çatandan sonra aparılan bütün danışıqlarda Azərbaycanınsəyləri bötövlükdə regionda sülh və təhlükəsizliyə, sabitliyin əldə olunmasına hesablanıb. Dövlətimiz tərəfindən irəli sürülən təkliflər ümumilikdə bölgənin iqtisadi inkişafını əhatə edir. Ermənistan tərəfi isə sülh prosesini ləngitməklə əslində özünü çətin duruma salır, regionun hərtərəfli inkişafına mane olmağa çalışır. Baş verən son hadisələr bir daha təsdiqləyir ki, Ermənistan iki dövlət arasında münasibətlərin normallaşmasını istəmir, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik edir”, - S.Möhbalıyev vurğulayıb.