Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını arzu edirik - Mövlud Çavuşoğlu

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını arzu edirik - Mövlud Çavuşoğlu Azərbaycan Ermənistan münasibətlərinin normallaşmasını arzu edirik.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norovla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Cənubi Qafqazda kommunikasiya xətlərinin tez bir zamanda açılması bütün bölgə ölkələrinin xeyirinə olacaq.
"Dünyadakı hazırki böhran vəziyyəti risklərlə yanaşı yeni fürsətlər də yaradır. Buna görə də əlaqələrimizi genişləndirməliyik. Azərbaycan və Özbəkistanla ticarət əlaqələrimizi daha da genişləndirməyi hədəfləyirik", - deyə M.Çavuşoğlu əlavə edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ