Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan vacib enerji təchizatçısı kimi regionda mühim rol oyanyır - Belçikanın sabiq baş naziri

    Azərbaycan vacib enerji təchizatçısı kimi regionda mühim rol oyanyır - Belçikanın sabiq baş naziri Azərbaycan vacib enerji təchizatçısı kimi regionda mühim rol oyanyır.
    Bunu özəl açıqlamasında Belçikanın sabiq baş naziri Yves Leterme deyib.
    O qeyd edib ki, Azərbaycan alternativ enerji sahəsində layihələrin həyata keçirilməsi üçün ən yaxşı yerlərdən biridir.
    " Avropada enerji böhranı şəraitində Azərbaycan vacib enerji təchizatçısı kimi regionda əhəmiyyətli yerə sahibdir. Həmçinin onu da qeyd etməliyik ki, Azərbaycan regional və qlobal problemlərin həllində də artan rol oynayır. Əminəm ki, Azərbaycan bərpa olunan enerji, gələcəyin yanacağının istehsalı sahəsində də uğurla inkişaf edəcəkdir", - deyə Y. Leterme əlavə edib.
    Cənubi Qafqaz regionunda sabitlik və sülhün bərqərar edilməsindən bəhs edən sabiq baş nazir Azərbaycanın bu istiqamətdə atdığı addımları təqdirəlayiq hesab edir.
    "Azərbaycan Qarabağda indiyə qədər görünməmiş iqtisadi inkişaf nümunəsinə və regionda sülhün bərpasının simvoluna çevrilib",- deyə o bildirib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ