Sizin reklam burada
Sizin reklam burada

Milli Məclisdə "2022-ci ilin Dövlət Büdcəsi"nə dəyişiklik müzakirəyə çıxarıldı

Milli Məclisdə "2022-ci ilin Dövlət Büdcəsi"nə dəyişiklik müzakirəyə çıxarıldıMəlum olduğu kimi, Milli Məclisin bu gün-iyunun 22-də keçirilən növbədənkənar iclasında "2022-ci il Dövlət Büdcəsi haqqında" Qanunda dəyişikliklə bağlı məsələ müzakirəyə çıxarıldı. Əmək və Əhalinin Sosial Müdafiəsi Komitəsinin sədri, millət vəkili Musa Quliyev
“Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” və
“İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı-hər iki Qanun layihəsi barədə geniş çıxış etdi, əsas məqamları diqqətə çatdırdı. Çıxışı olduğu kimi təqdim edirik.
-Post pandemiya və post müharibə dövründə ölkə iqtisadiyyatının genişlənməsi, orta aylıq əmək haqqının yüksəlməsi, yeni iş yerlərinin açılması, Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artmasına müsbət şərait yaratmlşdır. Qeyd olunan faktorların, habelə əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən yeni qanunvericilik aktlarının qəbul edilməsi Dövlət Sosial Müdafiə fonduna daxil olmaların həcminin əsaslı surətdə artmasını şərtləndirmiş və 2022-ci ilin ilk 5 ayında proqnoz göstəricilərinin yüksəlməsinə imkan yaratmışdır. Fondun gəlirlərinin artım tempi proqnoz göstəricilərinə yenidən baxılmasına zərurət yaratmışdır. Dövlət Sosial Müdafiə fondunun 2022-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununa dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən fondun gəlirləri və xərcləri bərabər olmaqla, 299,5 milyon manat yaxud 5,6 faiz artırılaraq 5 milyard 606 milyon 3 yüz min manat məbləğində müəyyən edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun gəlirlərini artırmaq iki mənbə üzrə proqnozlaşdırılır:
Birincisi, məcburi dövlət sosial sığorta haqları üzrə 213,5 milyon manat;
İkincisi dövlət büdcəsindən ayrılan vəsait hesabına 86 milyon manat. Fondun xərclərində proqnozlaşdırılan artım əsasən əhaliyə ödənişlər xərclər istiqamətində olacaqdır ki, bu da ilkin təsdiq edilmiş məbləğdən 298,2 milyon manat yaxud 5,8 faiz çox olacaqdır. Artımı nəzərdə tutulan vəsait cənab prezidentin pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə imzaladığı 8 fevral və 4 mart 2022-ci il tarixli Sərəncamlarının icrası olaraq pensiyaçılara ödənilən maddi yardımın maliyyələşdirilməsinə yönələcəkdir. Xərclərin artımının digər istiqaməti DOST xidmətinin fəaliyyətinin maliyyələşdirilməsinə, bank əməliyyatlarının aparılması və digər xidmət haqlarının ödənilməsinə yönəldiləcəkdir. Müzakirənizə təqdim olunmuş dürüstləşdirilmiş büdcə layihəsində bəzi müavinət xərclərinin bir qədər azaldılması nəzərdə tutulur ki, bu da Covid-19 pandemiyasının mənfi təsirlərinin getdikcə azalması ilə bağlıdır. Bununla yanaşı, uşağın anadan olmasına görə müavinətin məbləğinin daha 4 milyon manat artırılaraq 24 milyon manata çatdırılması nəzərdə tutulur. Bu artım uşağın doğulmasına görə müavinətin məbləğinin bu ilin əvvəlindən 200 manatdan 300 manata çatdırılması ilə əlaqədardır.
Bir daha qeyd etmək istəyirəm ki, dəyişikliklər dürüstləşdirmə xarakteri daşıyır və əhalinin sosial müdafiəsinin davamlılğını təmin etmək strategiyasına xidmət edir.
***
İşsizlikdən Sığorta Fondunun 2022-ci ilin dürüstləşdirilmiş büdcəsində fondun gəlirlərinin və xərclərinin 1 milyon manat artırılaraq 181,38 milyon manat müəyyənləşdirilməsi nəzərdə tutulur. Büdcənin gəlir hissəsində dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə gəlirlərin cari proqnoza nisbətən 2,18 milyon manat azalması fonunda qeyri-büdcə sektoru üzrə gəlirlərin 9,1 milyon manat artacağı proqnozlaşdırılır. Eyni zamanda əvvəlki illərdə ödənilmiş, lakin xərclənməmiş sığorta haqları üzrə formalaşan gəlirlərin proqnozunun 5,92 milyon manat azaldılması həmçinin bu hissənin adının dəyişdirilməsi təklif olunur. Təklif qəbul edildiyi halda işsizlikdən sığorta fondunun gəlir mənbəələrində 3-cü bəndin mövcud, 2021-ci ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaiti adı dəyişdirilərək əvvəlki illərdə işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitindən cari ilin xərclərinə yönəldilinən məbləğ kimi adlandırılacaqdır. İşsizlikdən sığorta fondunun büdcəsinin xərclər hissəsində dəyişiklik təklif edilən istiqamət haqqı ödənilən ictimai işlərin təşkili bəndi üzrə nəzərdə tutulur. Bu istiqamət üzrə xərclərin 1 milyon manat və yaxud 40 faiz arıtılması proqnozlaşdırılır. Bu artım işsiz və sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarımızın daha geniş şəkildə aktiv məşğulluq tədbirlərinə cəlb olunmasına maddi təminat yaradacaqdır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ