Sizin reklam burada
Sizin reklam burada

Onu türkçülüyün patriarxı da adlandırırlar

Onu türkçülüyün patriarxı da adlandırırlarBu gün Azərbaycan və Türkiyənin görkəmli ictimai xadimi, ideoloq, siyasətçi, jurnalist, pedaqoq, yazıçı və türkoloq Əhməd Bəy Ağaoğlunun anım günüdür.(Əhməd Bəy Həsən Bəy oğlu Ağayev; 1869, Şuşa – 19.05.1939, İstanbul).
Əhməd bəy Agaoğlu çox zəngin bir ömur yaşayıb. Mənsub olduğu Azərbaycan türklərinin, ümumilikdə Türk millətinin adını ucaldıb. XX əsrin 2 böyük- Osmanlı və Rusiya imperiyasının ədəbi, ictimai, siyasi tarixində silinməz izlər buraxmağa nail olub.
Onu Türkçülüyün patriarxı da adlandırırdılar.
Onun həyatının bir neçə məqamını qeyd edəcəm:
∎Əhməd bəy Agaoğlu əslən Şuşalıdır. Şuşada anadan olub. Ailələri Şuşada sayılıb-seçilənlərdən olub. Əmisi Hacı Mirzə Məhəmməd Şuşanın ağsaqqallarından hesab olunub.
∎ Təhsiliə molla məktəbində ərəb, farsca başlayan Agaoğlu əvvəlcə Şuşada rusca Realnı məktəbini- Tiflis gimnaziyası- Peterburg Texnologiya institutu- Parij, Fransa Sarbonn Universiteti bitirir.
∎Ona Firəng Əhməd də deyiblər.
∎H.Z.Tağıyevin dəvətilə Bakıya gəlir və Kaspi qəzetində məqalələr yazır. Əli bəy Hüseynzadə ilə birlikdə H.Z.Tağıyevin maliyələşdirdiyi Həyat qəzetinə redaktorluq edib.
∎Çar hökumətinə və Daşnaklara qarşı mübarizə aparmaq üçün “Difai” təşkilatını qurub.
∎Həsən bəy Zərdabinin dəfnini təşkilatçısı olub. Sonra istambula köçür.
∎1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin köməyinə gəlmiş Qafqaz İslam Ordusu komandanının siyasi müşaviri olmuşdur.
∎Zəngəzur mahalından Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin üzvü seçilir.
∎Cumhuriyyətin Paris Sülh konfransına göndərdiyi nümayəndə heyəyinin tərkibində Parisə gedərkən İngilislər tərəfindən həbs olunaraq Maltada həbsxanaya salınır.
∎Sürgündən qayidana yaxın Nərimanovdan Sovetlər hökumətində işləmək üçün təklif alır. Daha sonra Atatürkdən də təklif alır. Lakin Nərimanova cavab yazır ki, mən Türk dünyasını seçməli oldum.
∎Atatürkün yaxını, silahdaşı olur. Türkiyə Böyük Millət Məclidsinin üzvü seçilir.
∎Atatürkün xarici məsələlər üzrə məsləhətcisi olur.
∎Türkiyənin informasi və mətbuat naziri olur. Türkiyə mətbuatını, mediyasını qurur.
∎Türkiyə hüquq elmini qurur. Ankara Universitetində. İlk məzunu da qızı Surəyyə olur.
∎Türkiyənin rəsmi müxalifəti – “Sərbəs Firqə” partiyasını qurur.
∎Atatürkün ən yaxın silahdaşlarından olub. Atatürkün sözünə qarşı söz deyə bilən az-az insanlardan olub. Atatürkün vəfatından cox kədərlənib, 6 ay sonra dünyasını dəyişib.
Mən Ağaoğlu barədə çox az məqammları qeyd etdim. Böyük insan, ziyalı ölub.
Oxuyun Agaoğlunu, tanıyın Ağaoğlunu. Görün bu millətin nə qədər böyük genetik potensialı var.
Allah rəhmət eləsin.
Onu türkçülüyün patriarxı da adlandırırlar
İltizam Yusifov
Milli Məclisin deputatı

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ