Sizin reklam burada
Sizin reklam burada

Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini ölkəmizə səfərə gəlib

Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini ölkəmizə səfərə gəlibMayın 16-da Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini Ulan Primovun başçılıq etdiyi parlament nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün ölkəmizə səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Hava Limanında Qırğızıstan parlament nümayəndə heyətini Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev, Qırğızıstanın Azərbaycandakı səfiri Kairat Osmonaliyev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər mayın 18-də başa çatacaq.
Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini ölkəmizə səfərə gəlib
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ