Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan və Xorvatiya parlamentlərinin qarşılıqlı dostluq qruplarının onlayn görüşü keçirilib

Azərbaycan və Xorvatiya parlamentlərinin qarşılıqlı dostluq qruplarının onlayn görüşü keçirilibMayın 12-də Milli Məclisin Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Xorvatiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri ilə onlayn görüşü keçirilib.
Tədbir iştirakçılarını salamlayan Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Könül Nurullayeva Azərbaycanla-Xorvatiya diplomatik münasibətlərinin tarixindən söz açıb, iki dövlət arasında siyasi dialoqun davamlılığı baxımından dövlət və hökumət rəhbərlərinin, rəsmi şəxslərin qarşılıqlı səfər və görüşlərinin əhəmiyyətindən danışıb. Əlaqələrinin möhkəmlənməsində parlamentlərarası münasibətlərin rolunu vurğulayan deputat parlamentlərdəki dostluq qruplarının fəaliyyətinin bu istiqamətdə verə biləcəyi töhfələrdən bəhs edib. Bildirilib ki, parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə Fəaliyyət Planı hazırlanıb.
Könül Nurullayeva 44 günlük Vətən müharibəsində Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməsini öz gücü ilə icra etdiyini diqqətə çatdırıb və savaş başa çatandan dərhal sonra Azərbaycanın Ermənistana sülh təklif etdiyini bildirib. Qeyd edib ki, sülh sazişi bölgədə dayanıqlı inkişafın və əməkdaşlığın möhkəmlənməsi üçün vacibdir.
Sonra Xorvatiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Maya Qrba-Buyeviç çıxış edib. O, pandemiya dövründə Zaqrebdə baş verən zəlzələ zamanı Azərbaycanın göstərdiyi köməyə görə təşəkkürünü bildirib. Maya Qrba-Buyeviç ikitərəfli münasibətlərin inkişaf perspektivlərinə toxunub, parlamentlərarası qarşılıqlı səfərlərin əhəmiyyətindən danışıb.
Sonra Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov və Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç çıxış ediblər. Səfirlər ikitərəfli münasibətlərin inkişafında parlamentlərin rolunu vurğulayıblar, təqdim olunan Fəaliyyət Planını yüksək dəyərləndiriblər və bu işdə deputatları dəstəkləməyə hazır olduqlarını açıqlayıblar.
Görüşdə Milli Məclisin deputatları iki ölkə arasında münasibətlərin inkişafı ilə bağlı fikirlərini bölüşüblər. Millət vəkilləri Vahid Əhmədov, Qüdrət Həsənquliyev, İltizam Yusifov, Vüqar İsgəndərov və Anar Məmmədov iki ölkə arasında turizm, əczaçılıq, kənd təsərrüfatı, sənaye, İKT, elm, mədəniyyət, energetika sahələrində əməkdaşlığın perspektivləri barədə danışıblar.
Xorvatiya tərəfdən iştirak edən Xorvatiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri İvan Çeliç, Erik Fabiyaniç, Barbara Antolik Vupora da Azərbaycanla Xorvatiya arasında münasibətlərin inkişafı istiqamətləri ilə bağlı fikirlərini açıqlayıblar.
Azərbaycan və Xorvatiya parlamentlərinin qarşılıqlı dostluq qruplarının onlayn görüşü keçirilib
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ