Sizin reklam burada
Sizin reklam burada
  • "Beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır" - Paşinyan

    "Beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır" - Paşinyan “2018-ci və 2019-cu illərdə xalqa bildirməli oldum ki, bizim istər uzaq, istərsə də yaxında yerləşən bütün dostlarımız və tərəfdaşlarımız ətraf 7 rayonu bu və ya digər şəkildə Azərbaycana təhvil verməmizi gözləyirlər”.
    Bunu Ermənistan Baş naziri Nikol Paşinyan aprelin 13-də parlamentin iclasında hökumətin 2021-ci il proqramının icrası ilə bağlı hesabatı təqdim edərkən deyib.
    Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Qarabağdan qovulan azərbaycanlıların gələcək statusun müəyyən edilməsi prosesinə hərtərəfli cəlb olunmasını gözləyir.
    “Əraziləri təhvil verməklə minlərlə insanın həyatını xilas edə bilərdim. Bunu etməkdən imtina edərək, mən, əslində, minlərlə insanın ölümünün günahkarı oldum”, - deyə Paşinyan bildidirib.
    O qeyd edib ki, 1998-ci ilin mahiyyəti Levon Ter-Petrosyanın Qarabağ məsələsinin mərhələli şəkildə həllini məqbul sayması idi.
    “Serj Sarkisyan, Robert Köçəryan dedilər ki, yox, məsələ paket şəklində həll olunmalıdır. Sonradan masamın üstündə olan danışıqlar sənədinin adı belə idi: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının birinci mərhələsi və gələcək addımlar haqqında”. Yəni mərhələli həllin məğlubiyyət olduğunu deyən şəxs 2018-ci ildə danışıqlar masasına bu adda sənəd qoyub. Yəni mərhələli həllə qarşı çıxan şəxs yenidən mərhələli həll yoluna gəlib. Ancaq bu mərhələli həlldə çoxlu bölünmələr var.
    Amma həmişə nəzərə alın ki, məsələ Azərbaycanın bütün bunlarla razı olub-olmamasıdır. Deyirlər, Qarabağ məsələsini belə həll edərdik, bu cür. İmzasız kağızlardakı fikirləri qələbə kimi təqdim edirlər”, - deyə Nikol Paşinyan bildirib.
    Paşinyan 2016-cı ildəki danışıqlar prosesinə toxunaraq bildirib ki, həmsədrlər yanvarda danışıqlar paketini təqdim etmişdilər, bu da statusun olmayacağı anlamına gəlirdi.
    “Bundan sonra ikinci paket iyulda təqdim olunur və burada Qarabağın statusunun olmayacağı bildirilir. Üçüncü paket yeni komponentin əlavə olunduğu avqust ayında təqdim olunur. BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsi əlavə edilir. Bu o deməkdir ki, 2016-cı ildən etibarən status məsələsi ATƏT-in Minsk Qrupunun həmsədrləri formatında gedən danışıqların çərçivəsindən çıxıb.
    Bu gün deyirlər ki, müharibənin qarşısını ala bilərdiniz? Biz müharibənin qarşısını ala bilərdik, bunun nəticəsində itkisiz eyni vəziyyətə düşərdik”, - deyə Paşinyan bildirib.
    O qeyd edib ki, beynəlxalq ictimaiyyət dünyada müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə olmanın təhlükəsindən açıq danışır.
    Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət bəzən aydın, bəzən də diplomatik şəkildə rəsmi İrəvanın mövqeyinin təkcə Qarabağ üçün deyil, həm də Ermənistan üçün böyük təhlükə olduğunu bildirir.
    “Bu gün beynəlxalq ictimaiyyət bizə deyir ki, Qarabağ məsələsində qoyduğunuz status səviyyəsini bir az aşağı salın və bu zaman daha böyük beynəlxalq konsolidasiya əldə edəcəksiniz”, - deyə Paşinyan bildirib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ