Sizin reklam burada
Sizin reklam burada
  • Millət vəkili Musa Quliyev:"- Biz birlikdə güclüyük"!

    Millət vəkili Musa Quliyev:"- Biz birlikdə güclüyük"! Xəbər verildiyi kimi, fevralın 25-də Milli Məclisin növbəti plenar iclası keçirildi.
    Digər qanun layihələri istisna olunmaqla, ümumilikdə iclas əsas etibarilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuşdu. Soyqırımla əlaqədar çıxış edən millət vəkillərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Komitəsinin sədri Musa Quliyevin səsləndirdiyi fikirlər daha çox diqqət çəkdiyindən çıxışı olduğu kimi veririk:
    -Xocalı soyqırımının törədilməsindən 30 il keçir. Bu qətliyam təkcə Azərbaycan xalqına qarşı deyil, bu həmdə bəşəriyyətə qarşı cinayət, vəhşi vandalizm, teror aktıdır. Xocalı soyqırımını törədənlərin məqsədləri Qarabağın ən strateji yerlərindən biri olan Xocalını zəbt etməklə yanaşı, xalqımızın gözünü qorxutmaq, döyüş ruhunu sarsıtmaq, mübarizə əzmini qırmaq idi. Lakin bu vəhşilər anlamırdılar ki, əli haqqın ətəyində olan xalqın ruhuna qalib gəlmək olmaz. Bu dünyada bir ilahi ədalət var və bu ədalət gec-tez zəfər çalacaqdır. İlahi ədalət isə Ümummilli lider Heydər Əliyevin şəxsində və fəaliyyətində bərqərar oldu. Məhz liderə inam və vətən sevgisi xalqı yenidən səfərbər etdi. Nə yaxşı ki xəyanətlər, daxili çəkişmələr, xarici təyziqlər, soyqrım millətin mübarizə əzmini qıra bilmədi, döyüş ruhunu sarsıda bilmədi, sabaha, qələbəyə inamını öldürə bilmədi. Bu 30 ildə biz nələr edə bildik?
    İlk öncə onu qeyd etmək istəyirəm ki Xocalı soyqırımına düzgün siyasi qiymət verə bildik və bu cinayəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdıra bildik. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24 də Milli Məclis Xocalı soyqırımına hüquqi siyasi qiymət verdi və "Xocalı soyqırımı günü" haqqında qərar qəbul etdi. Xocalı soyqırımının faktlaşdırılması, sənədləşdirilməsi, elmi-publisistik, bədii-tədris nəşrlərində, ekran tərtibatında tanınma və tanıdılma predmetinə çevrilmək istiqamətində lazımlı işlər görə bildik. Cənab prezident İlham Əliyevin rəhbərliyi dövründə dövlətimiz xarici siyasət sayəsində böyük diplomatik uğurlar əldə etdi, o cümlədən, Xocalı soyqırımının dünyada tanınması istiqamətində davamlı səylər göstərildi. Qeyd etməliyik ki, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən keçirilən Xocalıya ədalət kompaniyası əvəzolunmaz əhəmiyyətə malikdir. Milli Məclisin deputatlarının da yaxından iştirak etdiyi Xocalıya ədalət hümanitar siyasi missiyası qısa vaxt ərzində beynəlxalq dəstək qazana bilmişdir. Bundan sonra nələri etməliyik?
    Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymət verilməsi istiqamətində təşəbbüsləri yorulmadan davam etdirməliyik. Soyqırım qatillərinin tutulub Azərbaycana gətirilməsini və ən sərt şəkildə cəzalandırılmasını təmin etməliyik. Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə soyqırım qurbanlarının ailə üzvlərindən və Azərbaycan dövlətindən rəsmi üzr istənilməsi, belə cinayətlərin bir daha törədilməyəcəyinə dair təminat verilməsi və vurulmuş ziyana görə tam olaraq kompensasiyanın ödənilməsi tələb olunmalı və sülh müqaviləsinin şərtlərindən biri kimi nəzərdə tutulmalıdır. Xocalıya qayıtmaq Xocalını yenidən bərpa edərək muzey xatirə kompleksi qurulmuş bir şəhərə çevirməliyik ki, bütün dünya görk və ibrət alsın. Belə faciələrin baş verməməsi üçün sağlam qüvvələr səfərbər olunsun. Əminəm ki, biz bunları edəcəyik, birlikdə edəcəyik, yaxın zamanlarda edəcəyik. Necə ki, 44 günlük Vətən müharibəsində Qarabağın böyük hissəsində və Şərqi Zəngəzurda ədaləti bərpa etdik, Xocalıda da üç rəngli bayrağımızı dalğalandıracağıq. Bax onda Xocalının yarasına məlhəm qoyulacaq, şəhidlərimizin ruhu şad olacaq. Biz bunu edəcəyik, mütləq edəcəyik. Ali Baş komandanın rəhbərliyi ilə Azərbaycan xalqı və ordusu növbəti yürüşünü Xocalıda keçirəcəkdir. Bu qaliblərin ədalət yürüşü olacaqdır. Bu milli birliyimizin və vətən sevgimizin növbəti təntənəsi olacaqdır. Biz birlikdə güclüyük.

    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ