
Digər tərəfdən, Azərbaycan son illər ərzində sürətli iqtisadi inkişaf yolu keçməsi, müstəqil siyasətini daha da təkmilləşdirməsi ilə İkinci Qarabağ müharibəsində əldə etdiyi parlaq qələbə sayəsində regionda geosiyasi balansı yeniləmişdir. Dünyanın böyük geosiyasi gücləri regiondakı siyasətlərinə düzəlişlər etməli oldular, digər tərəfdən, Azərbaycanı bu regionun əsas geosiyasi faktoru kimi nəzərə almağa başladılar. Bu iki məqam Aİ-Azərbaycan münasibətlərinin məzmununa ciddi təsir etməkdədir".
Deputat qeyd edu ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin də söylədiyi kimi, Azərbaycanın Avropa İttifaqından hər hansı bir xüsusi gözləntisi yoxdur: "Azərbaycan Avropa ilə daha yaxın əlaqələrin yaradılması niyyətindədir.
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki parlaq qələbəsi Aİ-ni regiona münasibətini dəyişməyə məcbur etdi. Brüssel yeni yaranmış geosiyasi mənzərəyə nüfuz etmək üçün daha fəal olmaq xəttini seçdi. Lakin bu zaman regionda artıq Rusiya və Türkiyənin aparıcı rol oynaması ilə barışmalı oldu. Hazırda Aİ Cənubi Qafqaz istiqamətində siyasətini vurğulanan şərtlər çərçivəsində daha səmərəli etmək istiqamətində çalışır. Həmçinin, Aİ strateji kommunikasiyaların işə salınmasında yaxından iştirak etməlidir. Bu baxımdan Aİ-nin Zəngəzur dəhlizinin reallaşmasına münasibəti Brüssel üçün mühüm bir sınaq təsiri bağışlayır.
Beləliklə, Azərbaycan yenə də Avropa İttifaqı ilə münasibətlərin real zəmində səmərəli olması üçün üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirir. Bununla rəsmi Bakı həm Avropa İttifaqı ilə əlaqələri gücləndirir, həm də bir daha regionun aparıcı dövləti, lider ölkəsi kimi fəallığını ortaya qoyur. Əminliklə demək olar ki, Aİ-Azərbaycan münasibətləri yalnız ziddiyyətlərlə deyil, həm də perspektivlə xarakterizə olunur. Azərbaycan Prezidentinin qətiyyəti və ədalətli siyasəti ilə tərəflər arasında əlaqələrin güclənəcəyinə yeni ümidlər yaranmaqdadır".