Sizin reklam burada
Sizin reklam burada

Bakıda Holiday İnn otelində “Qərbi Azərbaycan Yaddaşı” layihəsinin təqdimatı keçirilib

Bakıda Holiday İnn otelində “Qərbi Azərbaycan Yaddaşı” layihəsinin təqdimatı keçirilib İltizam Yusifov
millət vəkili

Bu gün Bakıda Holiday İnn otelində “Qərbi Azərbaycan Yaddaşı” layihəsinin təqdimatı keçirilib.
Layihənin əsas məqsədi əski Azərbaycan torpaqları olan, hazırda Ermənistan ərazisi hesab edilən bir məkanda qədim Azərbaycan məskənlərinin tarixi adlarını bərpa etmək, həmin yaşayış məskənlərini və digər mədəni irsi elektron daşıyıcılara həkk etmək, ata-baba yurdlarından məcburən köçürülən insanları virtual məkanda birləşdirərək milləti böyük qayıdışa hazırlamaqdır.
Layihə çərçivəsində Gomap.az platforması üzərindən Qərbi Azərbaycanın interaktiv xəritəsi də hazırlanıb. Bu xəritə vasitəsilə həmin ərazilərdən məcburən köçürülmüş insanlarımızın hər biri vaxtilə yaşamış olduqları həmin ərazilərə səyahət edib, həmin kəndləri, tarixi abidələrinin bugünkü vəziyyətini öyrənə biləcəklər.
Hesab edirəm ki, virtual məkanda belə bir elektron resursun olması bizim milli şüurumuzun bərpasında və milli kimliyimizin inkişafında önəmli rol oynayacaqdır.
Layihənin yaradıcıları - Qərbi Azərbaycan İcmasına və SİNAM şirkətinə təşəkkürümü bildirirəm və layihəyə uğurlar arzulayıram.
Bakıda Holiday İnn otelində “Qərbi Azərbaycan Yaddaşı” layihəsinin təqdimatı keçirilibBakıda Holiday İnn otelində “Qərbi Azərbaycan Yaddaşı” layihəsinin təqdimatı keçirilibBakıda Holiday İnn otelində “Qərbi Azərbaycan Yaddaşı” layihəsinin təqdimatı keçirilibBakıda Holiday İnn otelində “Qərbi Azərbaycan Yaddaşı” layihəsinin təqdimatı keçirilib

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ