Sizin reklam burada
Sizin reklam burada

Millət vəkili İsa Həbibbəyli: "Builki büdcə mühüm ictimai-siyasi və tarixi əhəmiyyətə malikdir."

Millət vəkili İsa Həbibbəyli: "Builki büdcə mühüm ictimai-siyasi və tarixi əhəmiyyətə malikdir." "2022-ci ilin dövlət büdcəsi ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasını hər tətəfli surətdə inkişaf etdirmək istiqamətində apardığı siyasətin tam real bir göstəricididir. Zəfər ilinin və Böyük Qayıdış ilinin dövlət büdcəsi olmaq etibarı ilə bu ilki büdcə mühim ictimai siyasi və tarixi əhəmiyyətə malikdir. Bütün bunlarla yanaşı, bu ilki büdcə zərfində əvvəlki illərdə olmayan bir çox yeniliklər öz əksini tapmışdır." Bu fikirləri Milli Məclisin noyabrın 23-də keçirilən növbəti plenar iclasında 2022-ci ilin dövlət büdcəsinin ikinci oxunuşda müzakirəsi zamanı millət vəkili İsa Həbibbəyli çıxış edərkən səsləndirdi: "Hesab edirəm ki, bu, bizim parlament təcrübəsində ilk dəfədir, Azərbaycanın ərazi bütövlüyünü tam nəzərə alaraq hazırlanmış dövlət büdcəsi kimi diqqəti cəlb edir. Belə ki, bundan əvvəlki on illiklərdə biz əsasən, büdcə zərfi ilə tanış olarkən 10 iqtisadi rayonun maliyyələşdirilməsi, maliyyə təminat məsələlərinə diqqət yetirməli olurduqsa, bu il ilk dəfədir ki, 14 iqtisadi rayon üzrə büdcə layihəsi ilə çalışanlar iqtisadi təhlillər aparıb müəyyən qənaətlərə gəliblər. Nəzərə alsaq ki, 14 iqtisadi rayonun içərisində yeni yaranmış Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonundan başqa, digər rayonların strukturunda dəyişikliklər baş verib, bu halda biz büdcə layihəsi üzərində çalışanların demək olar ki, tamamilə yeni bir layihə hazırlamaq kimi qarşılarında mühüm bir vəzifənin dayandığını görürük və bunun öhdəsindən gəlməyi bacarıblar. Eyni zamanda, bu ilki büdcə layihəsi həm də ölkəmizin prezidenti cənab İlham Əliyevin bu ilin fevral ayında elan etdiyi yeni milli prioritetlər əsasında hazırlanmış ilk büdcə sənədidir. Cənab prezidentin müəyyən etdiyi 5 milli prioritet bu ilki büdcənin həm strukturunu, həm də metodologiyasını müəyyən etmişdir. Dövlət başçısı tərəfindən elan olunmuş milli prioritetlərin icra mexanizmlərini tapmaq üçün 12 məqsəd müəyyənləşdirilmişdir ki, bu məqsədlər ölkəmizin 2022-ci il üzrə iqtisadi istiqamətlərini tamamilə özündə əhatə edir. Bunalrın içərisində tamamilə indiyə qədər rast gəlmədiyimiz ilk dəfə bu büdcə zərfində tanış olduğumuz müddəalar da vardır. Məsələn, dayanıqlı məskunlaşma, əhalinin reinteqrasiyası və yaşıl artım ölkəsi, yaşıl sənaye zonası, bunun kimi rəqəmsal iqtisadiyyat. Bunlar indiyə qədər bizim büdcə layihələrimizin dualeksikasında, terminalogiyasında rast gəlmədiyimiz anlayışlardır. Büdcə lahiyəsini hazırlayanlar nəinki bu anlaylşları cənab Prezidentin müəyyən etdiyi milli prioritetlərə uyğun olaraq tapıb yerinə qoymuş, müəyyənləşdirmişlər, hətta onların 70 dən çox maddələr üzrə iqtisadi cəhətdən təminatını müəyyən etmək üçün tamamilə fərqli yanaşmalar və yeni axtarışlar forması tapıblar və bu büdcə layihəsi mənə tam mənası ilə ciddi, əsaslandırılmış iqtisadi sənəd və yaxud da mükəmməl bir elmi dissertasiya, ciddi bir elmi iqtisadi əhəmiyyətə malik olan tutumlu bir əsər kimi təəssürat yaratdı."
Millət vəkili əlavə etdi ki,
büdcə layihəsi üzərində çalışanlar həm ərazi bütövlüyünü, ərazimizin 14 iqtisadi rayon üzrə bölünməsini, həm də milli prioritetlər üzrə büdcənin hazırlanması zərurətini meydana qoyaraq, 2022-ci ilin büdcəsini yeni iqtisadi proqnozlaşma və yeni yanaşmalar və fərqli təhlillər üzrə nəticələrə gəlmək əsasında hazırlamışlar. Hesab edirəm ki, büdcə layihəsi üzrə zərflə tamamilə tanış olduqdan sonra əminiklə deyə bilərəm ki, bu qədər yenilik olmasına baxmayaraq, büdcə layihəsi üzərində çalışanlar həm yenilikləri, həm də onların iqtisadi bazasını kifayət qədər əsaslandırmış şəkildə meydana qoya biliblər. Buna görə də 2022-ci ilin büdcəsi ölkə Prezidentinin Azərbaycan Respublikası üçün müəyyən etdiyi hədəfə çatmaq üçün tam iqtisadi təminatdır.

"Atributinfo.az"

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ