Sizin reklam burada
Sizin reklam burada

Akif Təvəkküloğluna yeni vəzifə verildi

Akif Təvəkküloğluna yeni vəzifə verildi Çağdaş Azərbaycan jurnalistikasının tanınmış simalarından olan, təcrübəli söz adamı Akif Təvəkküloğlu Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevin müvafiq əmri ilə qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Məlumat üçün qeyd edək ki, Əməkdar jurnalist Akif Təvəkkül oğlu Nəsirov 1962-ci il dekabr ayının 1-də İmişli rayonunda dünyaya vəsiqə alıb. Orta məktəbi 1979-cu ildə bitirib. Əmək fəaliyyətinə İmişli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində başlayıb. Ali təhsillidir. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kitabxanaçılıq fakültəsinə daxil olub, 1986-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Fəal ictimaiyyətçi olduğuna görə ikinci kursdan fakültənin komsomol təşkilatının katibi olub. Zəngin əmək fəaliyyətinə malik olan A. Təvəkküloğlu 1986-cı ildən 1991-ci ilədək Azərbaycan Dövlət Kitab Palatasında filial müdiri, sonra isə şöbə müdiri vəzifələrində çalışsa da, mətbuata, jurnalistikaya olan meyli, məhəbbəti və istetadı onu bu sahəyə gətirib çıxarıb. Özülü 1991-ci ildə "Molla Nəsrəddin" jurnalı ilə qoyulan jurnalist karyerası sonradan televiziya ilə davam edib. O, 2006-cı ilədək Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində müxtəlif məsul vəzifələrdə çalışıb. 2006-cı ildən 2020-ci ilədək Milli Məclisin mətbuat katibi vəzifəsində çalışıb.
Akif Təvəkküloğlu sonuncu vəzifəsində çalışdığı müddətdə Milli Məclisə akkreditə olunan kütləvi informasiya vasitələri əməkdaşlarına qarşı daim səmimi, qayğıkeş olmuş, onları maraqlandıran sualları heç zaman cavabsız qoymamış, öhdəsinə düşən vəzifəni vicdanla, ləyaqətlə, sədaqətlə yerinə yetirmişdir.

P.S.: Fürsətdən istifadə edib, dəyərli həmkarımı yeni vəzifəyə təyin olunması münasibətilə ürəkdən təbrik edir, fəaliyyətində tükənməz uğurlar arzulayıram!

Bəradər SƏMƏNDRLİ
"Atributinfo.az"

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ