Burada Azərbaycan nümayəndə heyətinin üzvlərinə muzey barədə ətraflı məlumat verilib. Bildirilib ki, muzeydə qazax xalqının tarixini əks etdirən eksponatlar, mədəniyyət və incəsənət nümunələri nümayiş etdirilir.Milli Məclisin nümayəndə heyətinin üzvləri qazax xalqının qədim milli geyimlərini, həyat tərzini, tarixi inkişaf yolunu əks etdirən nümunələrlə tanış olublar.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova muzeyin Xatirə Kitabına ürək sözlərini yazıb vəhədiyyələr təqdim edib.
