Sizin reklam burada
Sizin reklam burada

Şəhidlərimizin ruhu qarşısında baş əyirik

Şəhidlərimizin ruhu qarşısında baş əyirik Deputat İltizam Yusifov

Himnimizin sözlərində qanımıza və canımıza hopan “Hərə bir qəhrəman oldu” ifadələri 44 günlük şanlı Vətən Müharibəsində bir daha öz əksini tapdı. Hər birimizin bir amalı var idi. Düşmənin başını dəmir yumuruqla əzmək. Bəli Başda Ali Baş Komandan olmaqla, Müzəffər Ordumuz bizim bu arzumuzu reallaşdırdı. Bu gün Qürurluyuq. Bu gün xoşbəxtik və biz tarix yazdıq. 44 günə yazılan tarixi sərkərdələr illər əlrzində yaza bilmir....
Qələbə sevincimizi bizə yaşadan şəhidlərimizin ruhi şaddır. Onların qanı yerdə qalmadı. Torpaqlarımız işğaldan azad olundu. Artıq Şuşada, Cıdır Düzündə, Kəlbəcərdə, Ağdamda, Laçında, Füzulidə, Zəlgilanda, Qubadlıda Azərbaycan bayrağı dalğalanır. Bu bayraq hər zaman uca zirvələrdə dalğalanacaq və bir daha enməyəcək.
Yaşasın Ali Baş Komandan,
Yaşasın Müzəffər Azərbaycan Ordusu.
Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizə Allahdan şəfalar diləyirik.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ