Sizin reklam burada
Sizin reklam burada

Deputat: "Sülh sazişi nə qədər tez imzalanarsa, kommunikasiyalar bir o qədər tez açılar"

Deputat: "Sülh sazişi nə qədər tez imzalanarsa, kommunikasiyalar bir o qədər tez açılar" “44 günlük Vətən müharibəsinin yekunu olaraq Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi situasiya geriyədönməz proses olaraq beynəlxalq aləm tərəfindən qəbul edilməkdədir. İstər region ölkələri, istərsə də beynəlxalq təşkilatlar, istərsə də bölgədə marağı olan güclər Azərbaycanın yaratdığı yeni situasiyanın bölgədə sülhə, sabitliyə və sıx əməkdaşlığa xidmət edəcəyini bildiklərindən siyasətlərini də məhz bu istiqamətdə qurmaqdadırlar”.
Bunu Milli Məclisin Deputatı İltizam Yusifov deyib.
Onun sözlərinə görə, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq qələbədən sonra dünya birliyinin bölgəmizə diqqəti nəinki artıb, artıq bu bölgə ilə əməkdaşlıq istiqamətində səylərini artırmaqdadır. “İstər Avropa Şurasının prezidenti Şarl Mişelin bölgəyə və ölkəmizə səfəri, səfər zamanı verdikləri açıqlamalar olsun, istər Azərbaycan Prezidentinin Moskvada RF prezidenti Vladimir Putinlə görüşünün yekunları bizim bu dediklərimizin bariz nümunəsidir. Postmüharibə dövründə bölgədə yaranan yeni situasiya sıx regional əməkdaşlığa və inteqrasiyaya xidmət etdiyindən regionumuzda marağı olan bütün tərəflərin maraqlarına xidmət edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev postmüharibə dövrünün ağrısız keçməsi, yeni situasiyanın tələblərinə uyğun olaraq regionda dayanıqlı sülhün, sabitliyin və sıx əməkdaşlığın yaradılması istiqamətində üzərinə düşən məsuliyyəti dərk etdiyindən bütün səyini bu istiqamətə yönəldib”- o qeyd edib.
Deputat əlavə edib ki, Azərbaycan Prezidenti postmüharibə dövrünün ağrısız keçməsi üçün baş verən proseslərə səbr və təmkinlə yanaşıb, ən müxtəlif təşəbbüslərlə çıxış etməkdədir: “Əminik ki, cənab Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən, qətiyyətli siyasət nəticəsində Azərbaycan qarşısında duran bütün hədəflərə nail olacaq. Yəni cənab İlham Əliyevin bölgədə dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin və sıx inteqrasiya ilə bağlı irəli sürdüyü təşəbbüsün və yaratdığı yeni geosiyasi situasiyanın alternativi yoxdur.
Biz cənab Prezidentin Putinlə görüşündə də şahid olduq ki, bölgədə əməkdaşlıq üçün tamamilə yeni bir vəziyyət yaranıb. Məhz bunun nəticəsi olaraq Şimal-Cənub nəqliyyat dəhlizində canlanma müşahidə olunmaqdadır. Deyildiyi kimi koronavirus pandemiyası və postmüharibə dövründə bu xətt üzrə yükdaşımanın həcmi 20 fazi artıb. Region ölkələri arasında, xüsusən də Azərbaycanla Ermənistan arasında sülh sazişi nə qədər tez imzalanarsa, kommunikasiyalar tez açılar. Bu da nəticə etibarı ilə Cənubi Qafqazı bütövlükdə bir logistika habına çevrilməsinə, bölgə ölkələrinin sosial-iqtisadi inkişafına, rifah halının yaxşılaşmasına gətirib çıxarar”.
Deputat onu da qeyd edib ki, artıq dünya ölkə liderləri də Azərbaycanın bu istiqamətdə bölgədəki rolunu yüksək dəyərləndirirlər. “RF prezienti Putin cənab İlham Əliyevlə görüşündə Azərbaycanın rolunu yüksək dəyərləndirib, “Siz bu məsələyə çox böyük diqqət və əhəmiyyət verirsiniz. Buna görə Sizə təşəkkür etmək istəyirəm ki, kompromisli qərarlar tapılır. İndiyə qədər biz bunu etməyə nail olmuşuq, buna görə Sizə təşəkkür etmək istəyirəm”.
Avropa İtifaqı Şurasının prezidenti Şarl Mişelin Bakıda səsləndirdiyi “Mən götürülmüş öhdəliklərə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Onlar atılan ilk addımlar oldu. Bu halda, bir tərəfdən mina xəritələrinin olması və digər tərəfdən, mühüm məsələ hesab edilən məhbuslar məsələsidir. Birinci mərhələdə, bu, öz həllini tapdı. Ümid edirik ki, yaxın vaxtlarda qeyd edilən məsələ ilə bağlı digər mərhələlər də baş tutacaq. Eyni zamanda, müəyyən həll variantlara nail olmaq üçün qalan məsələləri də böyük təfərrüatla müzakirə etmək imkanımız oldu və həmin variantlar dayanıqlı olmalıdır. Mən Sizə bildirdim ki, Avropa İttifaqı müxtəlif məsələlər üzrə irəliləyişə nail olmaq üçün səyləri dəstəkləməyə hazırdır. Məsələn, sərhədlərin delimitasiyası məsələsidir və bunun üçün biz Avropanın ekspert yardımını göstərməyə, lazım olarsa və arzu edilərsə, Avropa monitorinqini etməyə hazırıq” deməsi dediklərimin bariz nümunəsidir. Çünki Azərbaycanın yürütdüyü bu siyasət bütövlükdə dayanııqlı sülhün, sabitliyin hökm sürdüyü bir bölgənin dünya birliyinə inteqrasiyası, qonşu region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla sıx əməkdaşlığının inkişaf etdirilməsi xidmət edir”.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ