Sizin reklam burada
Sizin reklam burada

Fransız deputatların Azərbaycana səfərinin məqsədi AÇIQLANDI

Fransız deputatların Azərbaycana səfərinin məqsədi AÇIQLANDI Xəbər verdiyimiz kimi, Fransa Milli Assambleyasının üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyətinə Milli Assambleyada Fransa-Azərbaycan Dostluq qrupunun vitse-prezidenti Jerom Lamber, Dostluq qrupunun katibi Jan-Lük Reitser, deputatlar Sandrin Morş, Karol Buro Bonnar, Frederik Dumas daxildir.
Səfər çərçivəsində fransız deputatlar bir sıra rəsmi görüşlər keçirəcək. Eyni zamanda, deputatların Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri də nəzərdə tutulub.
Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Soltan Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, səfərin məqsədi fransız deputatların 44 günlük Vətən Müharibəsindən sonra regionda yaranmış yeni situasiya haqqında daha ətraflı məlumat almasına imkan yaratmaqdır:
“Fransa Milli Assambleyasının üzvləri Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində real vəziyyəti öz gözləri ilə görəcəklər. Fransız parlamentarilər Vətən Müharibəsi zamanı Ermənistanın Gəncəyə raket və artilleriya zərbələri nəticəsində baş vermiş dağıntılarla da tanış olacaqlar”.
Qeyd edək ki, iyulun 21-dən Azərbaycanda səfərdə olan Fransa parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti Fəxri Xiyaban və Şəhidlər Xiyabanına ziyarət ediblər, Heydər Əliyev Mərkəzində olublar, eyni zamanda bir neçə rəsmi görüşlər keçiriblər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ