Sizin reklam burada
Sizin reklam burada

QÜRUR HİSSİM SONSUZDUR

QÜRUR HİSSİM SONSUZDUR Vətən müharibəsində Böyük Qələbənin qazanılmasında igid döyüşçülərimizlə yanaşı, həkimlərimizin də payı var. Döyüş meydanında yaralılara ilkin tibbi yardımın göstərilməsi, onların təxliyəsi həkimlərin əsas missiyası idi. Vətən müharibəsində onlarla yaralının həyatını xilas edənlərdən biri,Sumqayıt şəhər Vərəm dispanserinin həkimi Sarıyev Füzuli Təvəkgül oğlu 1974-cü ildə Sumqayıt şəhərində anadan olub. 28 və 35 saylı tam orta məktəblərdə təhsil alıb.1992-ci ildə Tibb Universitetinə qəbul olub.1999-cu ildə Milli Orduda hərbi qulluğa çağırılıb. 2002-ci ildən Sumqayıt şəhər vərəm dispanserində sahə həkimi işləyir. Ailəlidir, bir övladı var. 2020-ci ildən ilk olaraq covid xəstələrini müalicə edənlərdən olub. Buna görə də Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov tərəfindən Fəxri Fərmana layiq görülüb.
Sentyabrın 21-də səfərlikləəlaqədar müharibə zonasına göndərilən Füzuli Sarıyev 5 gün təlimdən sonra cəbhəyə yollanıb. Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd istiqamətində olan ağır döyüşlərdə tibb bölüyünün həkimi olub. Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə fərqlənməyə görə medala layiq görülüb. Qardaşı- Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının həkimi Hafiz Sarıyev də oktyabrın əvvəllərində könüllü olaraq cəbhəyə yollanıb. Xocavənd ətrafı döyüşlərdə iştirak edərkən yeddi günlük mühasirədən 32 yaralıçıxarıb.Cəbrayıl, Zəngilan, Xocavənd döyüşlərində iştirakında fədakarlığa görəüç xüsusi medala layiq görülüb. Qazidir. QÜRUR HİSSİM SONSUZDURQÜRUR HİSSİM SONSUZDURQÜRUR HİSSİM SONSUZDURQÜRUR HİSSİM SONSUZDURQÜRUR HİSSİM SONSUZDURQÜRUR HİSSİM SONSUZDUR
Həkim Füzuli Sarıyev redaksiyamızını qonağı oldu və bizə aşağıdakları söylədi:
-“44 gün davam edən Vətən Müharibəsi BÖYÜK QƏLƏBƏMİZLƏ başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi!
Sözsüz ki, biz bu qələbəmizlə Azərbaycan tarixində yeni mərhələnin başlanmasının şahidi və xoşbəxt iştirakçısıyıq.
Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanəşəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-dan artıq müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi.
Ermənistanın və onun havadarlarının işğalaəsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi.
Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamınıözünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.
Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.
Xalq, Prezident və Ordu birliyi Vətən müharibəsində həlledici rol oynadığından bu amil də daim hörmət və ehtiramla yada salınmalı, anılmalı, xatırlanmalıdır. Ordumuza böyük məbləğdə yardım göstərənlərdən tutmuş, təqaüdünü Orduya yardım fonduna keçirən ağsaqqal, malından keçən iş adamları, sadə insanlar, əsgərə pulsuz siqaret verən satıcı, şəhidin portretini pul almadan ailəsinəçatdıran taksi sürücüsü, yardım kompaniyaları təşkil edən, şəxsi vəsaiti hesabına bazarlıq edərək əsgərlərin görüşünə gedən ayrı-ayrışəxslər, firmalar, şirkətlər, xaricdə yaşayan azərbaycanlılar, ordumuza maddi və mənəvi dəstək olan qardaşölkələrin vətəndaşları, hətta sosial şəbəkələrdə Azərbaycan xalqının haqq işinə sözü, yazısı ilə dəstək verənlər də minnətdarlıq hissi ilə xatırlanmalıdır. Bu mənada Xalqımız, Müzəffər Ali Baş Komandan və Azərbaycan Ordusu ən yüksək titullara, ən yüksək təriflərə layiqdir.
Vətən müharibəsində biz həkimlərin də rolu danılmazdır. Təcrübəmizin nəticəsində neçə-neçə oğullarımızın həyatı xilas edildi.Xüsusi qəhrəmanlıq nümayişetdirərək yaralı döyüşçülərimizi döyüş meydanından, intensiv güllə atəşi altından xilas etdik.
Bəli, həkimlik sənətinin nə qədər ağır vəşərəfli bir peşə olduğunu hamıyaxşıbilir.Həkimlik sənəti çox məsuliyyətli bir sənətdir. Çünki insan həyatı biz həkimlərə həvalə olunur. Hərbidə həkimlik etmək isə ikiqat məsuliyyət tələb edir. Biz bunu Ali Baş Komandanımızın rəhbərliyi altında başlayan əks-hücum əməliyyatında çox yaxşı gördük. Ağır döyüşlər gedirdi. Vətən müharibəsində həm yaralılarımız, həm dəşəhidlərimiz oldu. Biz öz növbəmizdəçalışmalıydıq ki, xain düşmən gülləsinə tuş gələn qardaşlarımızın həyatını xilas edək. Hər birimiz əlimizdən gələni əsirgəmir, onların qısa bir müddət ərzində sağalmasını təmin etməyəçalışırdıq. Çünki hərbçilərimizin sağlamlığı bizim üçün mühüm əhəmiyyət kəsb edir. Cəsur döyüşçülərimiz isəöz növbəsində müalicə olunduqdan sonra könüllü olaraq yenidən döyüş meydanına qayıdırdılar.
Vahid komandanlığın və mütəşəkkil koordinasiyanın olmasıçətinlikləri asanlıqla geridə qoymağa imkan verdi. Yaralılarla döyüşdə ilk təmasda olarkən Azərbaycan əsgərinin cəsarətinin, döyüşəzminin, məğlubedilməzliyinin dəfələrləşahidi olmuşam. Bir həkim olaraq qürur hissi keçirmişəm.
Sumqayıt şəhərinin rəhbərliyinin şəhid ailələrinə, müharibə işitirakçılarına, qazilərə göstərdiyi xüsusi diqqət və qayğısı məni çox sevindirir.”
Həkim qardaşlar Füzuli və Hafiz Sarıyevlərinəynindəki hərbi forma yenidən ağ xalatla əvəzlənib. Amma qəlblərində heç bir şeyləəvəz olunmayacaq Vətən sevgisi hələçox xəstənin şəfa tapmasına səbəb olacaq.

İlhamə Məhəmmədqızı

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ