Sizin reklam burada
Sizin reklam burada
  • Makron öz maraqları üçün ermənilərdən necə istifadə edir? - ŞƏRH

    Makron öz maraqları üçün ermənilərdən necə istifadə edir? - ŞƏRH"Missiya Media" Qrupunun rəhbəri Ramin Əhmədovun daha bir şərhi Türkiyə mətbuatında yayınlanıb.
    Makronun İrəvana gözlənilən səfəri barədə şərhə qardaş ölkənin nüfuzlu "Yeni Akıt" qəzeti və qəzetin saytı diqqət yönəldib:
    Fransa prezidenti Emmanuel Makronun Ermənistana səfəri sözssüz ki, rəsmi Parisin ermənipərəst mövqeyindən xəbər verir. Markon guya Ermənistanla geniş iqtisadi əlaqələrin qurulmasında maraqlı olduğu üçün İrəvana səfər etmək qərarına gəldiyi barədə imic yaratmağa çalışır. Amma proseslər göstərir ki, Makron erməniləri öz maraqları üçün maşa kimi istifadə edir. Çünki regional seçkilərdə uduzan Emmanuel Makrona reytinqini qaldırmaq üçün vasitə lazımdır. Fransa prezidenti Ermənistana səfər etməklə növbəti seçikilərə qədər ölkədəki erməni lobbisini diqqətini çəkmək, orada yaşayan ermənilərin hörmətini, seçkilərdə isə səsini qazanmaq istəyir. Makron öz maraqları üçün ermənilərdən necə istifadə edir? - ŞƏRHMakron öz maraqları üçün ermənilərdən necə istifadə edir? - ŞƏRH
    Fransa prezidenti öz ölkəsində hər hansı nüfuza malik deyil. O, hakimiyyətdə olduğu dövrdə Paris və digər şəhərlərdə hökumətə qarşı silsilə mitinqlər təşkil olundu. Aksiyaların Fransa polisi tərəfindən amansızlıqla dağıdılması da heç kəsə sirr deyil.Makronun hakimiyyəti dövründə “Sarı jiletlilər” hərəkatı baş qaldırdı. Fransanın bütün şəhərlərində aksiyalar təşkil olundu. Bundan əlavə, Emmanuel Makron hakimiyyətə gəldikdən sonra Fransada islamafob cinayətlərin sayı çoxalıb. Ölkədəki müsəlmanlar sıxışdırılır, məscidlərə silsilə hücumla təşkil olunur. Bu mənfi tendensiyalar fonunda Makron hakimiyyətinin Fransada son regional seçkilərdə məğlub olması başadüşüləndir. Bu məğlubiyyət Makronun nüfuzunun aşağı düşdüyünün əyani sübutudur. Artıq Fransa cəmiyyəti də görür ki, Makron onların təmsilçisi kimi özünü doğrultmadı, islamofob və populizmə əsaslənən siyasət aparır.Yerli əhali arasında nüfuzunu itirən Fransa prezidentinin son ümidi miqrant kimi ölkəyə gəlib məskunlaşmış ermənilərə və özü kimi populist fikirlər səsləndirən Paşinyana qalıb.
    Markonun ermənipərəst addımları Fransanın ATƏT MQ həmsədri kimi mandatı ilə də ziddiyyət təşkil edir. Ümümiyyətlə, Fransanın qeyd etdiyim xüsusda davranışları heç bir çərçivəyə sığmır. Rəsmi Paris Minsk Qrupunun həmsədri kimi öhtəliklərini və məsuliyyətlərini dərk etməlidir. Fransa əgər ədalətli həmsədrdirsə, tərəf tutmamalı, tərəflərin barışmasına xidmət etməlidir. Makronun rəhbərlik etdiyi hökumət istər Vətən Müharibəsi dövründə, istərsə də müharibədən sonrakı mərhələdə açıq şəkildə işğalçının tərəfindən çıxış edir. Əgər Fransa açıq şəkildə Ermənistanın mövqeyindən çıxış edirsə, o zaman Minsk Qrupundakı mandatını dondurmalıdır. Onsuz da bir işə yaramırlar, fəaliyyətsizdirlər, 30 il ərzində münaqişənin həllinə heç bir töhfə verməyiblər.
    Qeyd edək ki, Ramin Əhmədovun bundan əvvəlki şərh və məqalələri də Türkiyə mediasında geniş şəkildə işıqlandırılıb.

    Gülağa Nərimanov,
    Ağagül Nərimanov.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ