Sizin reklam burada
Sizin reklam burada

Öztürk Yılmaz: ”İraq hökuməti ilə münasibətlərin normallaşdırılmasını dəstəkləyirik”

Öztürk Yılmaz: ”İraq hökuməti ilə münasibətlərin normallaşdırılmasını dəstəkləyirik” Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyası (CHP) sədrinin müavini, Ardahan millət vəkili, Türkiyənin Mosuldakı keçmiş baş konsulu Öztürk Yılmazın müsahibəsi.
- Baş nazir Binali Yıldırım 5-6 yanvarda Bağdad və Ərbilə gedəcək. Bu səfər Türkiyə ilə İraqın mərkəzi hökuməti arasındakı münasibətləri normallaşdırmaq məqsədi daşıyırmı?
- Cümhuriyyət Xalq Partiyası daima AKP hökumətini İraqın mərkəzi hökuməti ilə dialoq qurmağa çağıraraq bunun vacibliyini vurğulayıb. AKP hökumətinin uzun müddətdən sonra İraqın mərkəzi hökuməti ilə birbaşa danışıqlara getməsi müsbət hadisədir, biz bunu dəstəkləyirik. Ölkələrimiz arasında münasibətlərin yenidən inkişaf etdirilməsi baxımından baş nazirin səfəri iki tərəf üçün də önəmlidir. Bölgədə dəyişən tarazlıqlar baxımından Türkiyənin fəallaşması və xüsusilə, qonşuları ilə münasibətlərinə yenidən dinamika qazandırması qaçılmazdır. Rəsmi Bağdadla aparılacaq danışıqlar, əldə ediləcək razılaşmalar təkcə ölkələrimiz arasında münasibətlərə deyil, regional proseslərə də müsbət mənada təsir göstərəcək.
- Bölgədə fəaliyyət göstərmiş diplomat kimi baş nazirin səfərindən sonra oralarda Türkiyə üçün hansı qapıların yenidən açıla biləcəyini düşünürsünüz?
- Biz bundan sonra İŞİD-in bölgədən təmizlənməsindən sonrakı mərhələyə hazırlaşmalıyıq. Bunun üçün İraqın mərkəzi hökuməti ilə əməkdaşlığın daha da gücləndirilməsi lazım gələcək. Bizim əsas prinsipimiz proseslərin İraqın ərazi bütövlüyü çərçivəsində cərəyan etməsidir. İŞİD-dən azad edilən bölgələrə yerləşmiş kürd qrupları oranı tərk etməyəcəklərini deyirlər, elə isə biz mərkəzi hökumətlə əməkdaşlıq edərək İraqın ərazi bütövlüyü çərçivəsində kürd qruplarının İŞİD-dən boşalan bölgələrdən uzaqlaşdırılmasına nail olmalıyıq. Bu həmçinin, Türk bölgələrinə girmiş başqa qrupların da o bölgələrdən çıxarılması üçün keçərli olmalıdır. İraqın ərazi bütövlüyünü dəstəkləməyimiz dövlət marağımızın əsas tərkib hissəsi olmalıdır.
- Xüsusilə, İŞİD-in ortaya çıxaraq İraq və Suriya torpaqlarını bir hissəsini işğal etməsindən sonra İranın hər iki ölkədə öz təsir gücünü artırdığını gördük. İraqla əməkdaşlığı gücləndirərkən bunu İranla münasibətlərdə nə şəkildə əks etdirmək lazımdır?
- İran bölgənin güclü ölkəsi və son illərdə cərəyan edən proseslərin önəmli oyunçusudur. Bunu həm İraqda, həm də Suriyada görürük. Bizim İran və Suriya ilə bağlı siyasətimiz də məlumdur. Suriya terrorçulardan təmizlənməli, ölkənin ərazi bütövlüyü təmin edilməlidir. Bu proseslərdə öz mənafelərimizin müdafiəsi üçün İran ilə əməkdaşlığımızı gücləndirməyimiz də mühüm şərtdir. Xüsusilə, 20 dekabrda Moskvada imzalanmış Rusiya-Türkiyə-İran üçtərəfli sazişindən sonra İranla əməkdaşlığımızın güclənəcəyinə inanıram. Biz 2010-cu ilin axırından etibarən bölgədə dalğalanmalar başlayınca hansı mövqedə durmuşuqsa, indi də o mövqedəyik. Türkiyənin mənafeyinin bunu tələb etdiyi də açıq-aşkardır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ