Sizin reklam burada
Sizin reklam burada

Komitə sədri: “Azərbaycan diasporu bir çox məqamlarda erməni lobbisini üstələyir”

Komitə sədri: “Azərbaycan diasporu bir çox məqamlarda erməni lobbisini üstələyir” Diasporla İş üzrə Dövlət Komitəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı Fəxri xiyabanı ziyarət edib
Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, əməkdaşları 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib, məzarlar önünə əklil qoyulub.
Komitə sədri Nazim İbrahimov əsası Heydər Əliyev tərəfindən qoyulan Həmrəylik Günü ilə bağlı fikirlərini bildirərək “Bu günü hər il görülən işlər barədə Heydər Əliyevin ruhu qarşısında hesabat verərək qeyd edirik”, - deyə bildirib.
N. İbrahimov qeyd edib ki, dünya azərbaycanlılarının koordinasiya mərkəzlərinin yaradılması davam edir və bu, Azərbaycan prezidenti İlham Əliyevin xüsusi diqqətindədir: “Hətta bununla bağlı Azərbaycan dövləti tərəfindən geniş maliyyə imkanları da yaradılıb. Biz prezidentin tapşırığı əsasında dünyadakı diaspor təşkilatlarımıza bu və digər aspektlərdə dəstək veririk.
Belə fəaliyyət nəticəsində artıq Azərbaycan diasporu nəinki erməni lobbisinə layiqli cavab verir, bir çox yerlərdə onları üstələyərək qabağa gedir”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ