Sizin reklam burada
Sizin reklam burada

İƏT hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib - Naqif Həmzəyev

İƏT hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib - Naqif Həmzəyev Azərbaycan hər zaman İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə əlaqələrin yüksək səviyyədə qurulmasında maraqlı olub. Ölkəmiz bu təşkilata üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətlərin qurulmasında, inkişafında səylərini əsirgəməyib.
Bunu millət vəkili Naqif Həmzəyev deyib.
O bildirib ki, Ermənistan Azərbaycan ərazilərini işğal etdikdən sonra İƏT tərəfindən Ermənistanın Azərbaycana təcavüzü və Azərbaycan ərazilərinin işğal olunması, bir milyondan artıq məcburi köçkünün öz ata-baba yurdlarına qayıtmaq hüququ ilə bağlı dəfələrlə qətnamələr irəli sürülüb: "İslam Əməkdaşlıq Təşkilatı ölkəmizin haqlı mövqeyini həmişə dəstəkləyib. İşğal altında qalan ərazilərimizdə İslam irsinə qarşı törədilən təcavüz və təhqirlə barışmayan İƏT və təşkilata üzv olan bəzi dövlətlər Ermənistanın bu çirkin əməlini qınayıblar. Hətta 2016-cı ildə Təmas Qrupunun təsis edilməsi Azərbaycanın haqq işinə dəstək kimi qiymətləndirilməlidir.
İƏT Vətən müharibəsi dövründə Azərbaycanın qətiyyətli mövqeyini dəstəkləyib və xüsusilə də müharibənin ilk günlərindən Azərbaycana mənəvi və siyasi dəstək göstərən Türkiyə, Pakistan və Əfqanıstanın rolunu təqdir edirik. Həmin dövlətlər açıq formada ilk gündən Azərbaycana dəstək olublar və ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında sonuna qədər bizə dəstək olacaqları fikrini ifadə ediblər. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvləri işğaldan azad olunan ərazilərimizə səfərlər edib və Azərbaycanın tarixi, mədəni, dini abidələrinə dəyən ziyanı öz gözləri ilə görüblər. Onlar yerində bütün prosesləri izləyiblər. İƏT hər zaman Azərbaycanın yanında olub və ölkəmizin mövqeyini dəstəkləyib, bu gün də Azərbaycanın uğurlarını təqdir edən mövqe sərgiləməkdədir".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ