Sizin reklam burada
Sizin reklam burada

Xilaskar və mürəkkəb dövrün Lideri.

Xilaskar və mürəkkəb dövrün  Lideri.Nəsib Məhəməliyev
millət vəkili

“Heydər Əliyev zəmanəmizin yetişdirdiyi nadir dövlət xadimlərindəndir. Heydər Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını, Vətənini düşünmüşdür. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və öz xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Azərbaycanın ən çətin anlarında Vətəni xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmişdir. O ölkəni bəlalardan qurtaran dövlət Başçısıdır.”
Dünya şöhrətli alim İhsan Doğramacının Ulu Öndər Heydər Əliyev barədə səsləndirdiyi bu fikirlər, hesab edirəm ki, dövlətini, millətinin gələcəyini düşünən hər bir azərbaycanlının qəlbinin səsidir.
Tarixi şəxsiyyətlər bir qayda olaraq Lideri olduğu xalqın gələcək inkişaf konsepsiyasını və strategiyasını müəyyən etməklə, onun sonrakı taleyi ilə bağlı məsuliyyəti də öz üzərinə götürürlər. Məhz, bu məsuliyyət hissi 1993-cü ildə dünyanın siyasi xəritəsindən tamamilə silinmək təhlükəsi ilə üzləşmiş Azərbaycan adlı dövlətin xilası ilə nəticələndi. Heydər Əliyev xalqın səsinə səs verdi.
1988-1993-cü illərdə Azərbaycanda 5 siyasi hakimiyyət dəyişmişdir. Cəmiyyətdə yaranmış sosial gərginliklərin fonunda Respublika rəhbərlərinin problemləri həll etmək əvəzinə canlarını götürüb ölkədən qaçmaları cəmiyyətdə çaşqınlıq yaradır, insanlarda hakimiyyətə və ümumiyyətlə gələcəyə inamsızlıq hissi formalaşdırırdı. Belə vəziyyətdən sui-istifadə edən ermənilər rayonlarımızı bir-birinin ardınca işğal etdilər.
Heydər Əliyev bu stereotipləri dağıtdı. 20 yanvar hadisələrində özünün, ailəsinin həyatını risqə ataraq, xalqın faciəsini bütün dünyaya çatdırdı və Moskvanın mərkəzində SSRİ rəhbərliyini ittiham etdi.
93-cü ildə qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını aldı. Cənub bölgəsində süni şəkildə yaradılmış ,,Talış-muğan respublikası,, adlı qurumun, şimalda baş qaldırmış separatçılığın qarşısını qətiyyətlə almaqla, Azərbaycanın parçalanmasının qarşısını aldı. Respublikanın şəhər və kəndlərində insanlar küçəyə çıxmağa belə qorxurdu. Əhalini qorxu, təzyiq altında saxlayan silahlı cinayətkar kriminal dəstələr ləğv olundu. Atəşkəs rejimi tətbiq olunmaqla, minlərlə gəncin həyatı xilas oldu. Xarici destruktiv qüvvələrin dəstəyi ilə, dəfələrlə hərbi-siyasi müxalifətin dövlət çevrilişinə, Heydər Əliyevin şəxsinə yönəlik sui-qəsdlərin qarşısı alındı.
Müasir dövlət quruculuğuna start verdi. Bilavasitə Heydər Əliyevin rəhbərliyi ilə, Konstitusiya qəbul olundu. Azərbaycan cəmiyyətinin bütün təbəqələrini birləşdirən yeganə ideologiya “azərbaycançılıq” məfkurəsini irəli sürdü. Mürəkkəb geosyasi şəraitdə Əsrin neft kontraktlarının imzalanmasına nail oldu. Postsovet ölkələri arasında ilk olaraq aqrar islahatları həyata keçirməklə, kolxozların, sovxozların əmlakını və torpaqlarını təmənnasız kəndlilərə payladı. Hüquqi, iqtisadi islahatlar apardı. Müasir güclü ordunun əsasını qoydu. Əlində xəritə, Dağlıq Qarabağ probleminin mahiyyətini dünya liderlərinə izah etməklə, Azərbaycanı dünyaya tanıtdı.
Heydər Əliyev kimi dahi şəxsiyyətin yarım əsdən çox dövlətçilik fəaliyyətini sadalamaq üçün aylarla vaxt lazımdır. Ancaq həqiqət ondan ibarətdir ki, dövlətçiliyimizin ən çətin, mürəkkəb dövründə Heydər Əliyev olmasaydı, bu günki güclü Azərbaycan olmayacaqdı. Bu gün Heydər Əliyevin ruhu şaddır. Onun bütün arzuları həyata keçmişdir. Qarabağ azad olunmuş, Azərbaycan güclü dövlətə çevrilmişdir. Qədirbilən Azərbaycan xalqı bütün bunlara görə öz milli Liderinə minnətdarlığını bildirir, onun apardığı siyasəti təbliğ edir və yaşadır. Müasir Azərbaycan dövlətinin xilaskarı və qurucusu Heydər Əliyevin əziz xatirəsi əbədi olaraq xalqın qəlbində yaşayacaqdır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ