Sizin reklam burada
Sizin reklam burada

Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Şuşa şəhərinin mədəniyyət paytaxtı elan edilməsi Qarabağımıza yeni nəfəs verəcək

Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Şuşa şəhərinin mədəniyyət paytaxtı elan edilməsi Qarabağımıza yeni nəfəs verəcək Mayın 7-də Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev növbəti dəfə Vətən müharibəsində arxa cəbhədə xüsusilə fəallıq göstərmiş vətəndaşlarla, habelə ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançılarla görüş keçirib.
Qonaqları Milli Məclisdə salamlayan vitse-spiker Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin əsasını qoyduğunu və onun başladığı böyük işlərin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, aparılmış uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq ölkəmiz uzun illərdir ərazilərimizi işğal altında saxlayan Ermənistana layiqli dərs verdi.
Belə ki, ötən illər ərzində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə icra edilməyərək kağız üzərində qalmış, Ermənistan tərəfi də bundan ilhamlanaraq öz işğalçı siyasətini davam etdirmişdir. Təxribatlar törətməyə davam edən işğalçı ölkə hər addımında humanitar hüququn tələblərini kobud şəkildə pozaraq mülki əhalini hədəfə alırdı. Nəticədə,  Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz tərəfindən başladılan əks-hücum əməliyyatları nəticəsində düşmənə döyüş meydanında ardıcıl sarsıdıcı zərbələr vuruldu və düşmən geri çəkilməyə məcbur edilərək kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Bu gün isə bizi qarşıda daha böyük işlər - işğaldan azad edilmiş ərazilərimizin qısa müddət ərzində bərpası, məcburi köçkünlərimizin öz dədə-baba yurd-yuvalarına geri qayıtmasının təmin edilməsi kimi vacib məsələlər gözləyir. İşğaldan azad edilmiş ərazilərimizdə Ermənistanın bütün maddi-mədəni obyektləri məhv etməsinə, tarixi abidələri dağıtmasına toxunan Sədr müavini baş verənlərin qəbuledilməz olduğunu bildirib.
Adil Əliyev ölkə başçısı cənab İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhərinin Mədəniyyət paytaxtı elan edilməsindən danışaraq, bunun Şuşanın tarixi kimliyinin özünə qaytarılması üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Şuşa şəhərinin tarixi əhəmiyyət kəsb etdiyini deyən vitse-spiker, Ulu öndər Heydər Əliyev tərəfindən 1977-ci ildə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edildiyini diqqətə çatdırıb. Bildirib ki, qəbul edilmiş bu qərarın nəticəsində Şuşa şəhərində olan tarixi abidələr qorunmuş, görkəmli şəxslərin abidələri abadlaşdırılmışdır. İndi isə Şuşa şəhərinin “Mədəniyyət paytaxtı” elan edilməsiylə artıq Şuşa nəinki Qafqazın, eləcə də dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Uzun illər düşmən tapdağı altında qalmış Şuşanın və işğaldan azad edilmiş ərazilərin yenidən dirçəlməsilə Qarabağımıza yeni nəfəs gələcəkdir.
Söhbət zamanı görüş iştirakçıları Vətən müharibəsində qazanılmış qələbənin hər kəsin qəlbində böyük sevinc yaratdığını və bu tarixi qələbədən xalqımızın fərəhləndiyini qeyd ediblər. Görüş iştirakçıları dövlətimizin daha da inkişafı üçün bundan sonra da hər zaman üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərini diqqətə çatdırıblar.
Sonda görüş iştirakçılarına Vətən müharibəsində arxa cəbhədə göstərdikləri xidmətlərə görə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri Fərmanları təqdim edilib.
Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Şuşa şəhərinin mədəniyyət paytaxtı elan edilməsi Qarabağımıza yeni nəfəs verəcək


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ