Sizin reklam burada
Sizin reklam burada

Bu birliyin buraxılması yeni reallıqla bağlıdır - Deputat

Bu birliyin buraxılması yeni reallıqla bağlıdır - Deputat “Dağlıq Qarabağın Azərbaycanlı icması” İctimai Birliyinin buraxılması, 44 günlük Vətən müharibəsindən sonra yeni yaranmış reallıqlarla bağlıdır.
Bunu millət vəkili Nəsib Məhəməliyev deyib.
Millət vəkili bildirib ki, həmin ictimai birliyin yaradılmasını şərtləndirən əsas səbəb Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinə erməni icmasının cəlb olunduğu təqdirdə, azərbaycanlı icmanın da iştirakını təmin etmək idi: "30 il ərzində haqlı olaraq Qarabağda yaşayan erməni icması Azərbaycan rəsmiləri tərəfindən qəbul olunmamış, zərurət yarandıqda azərbaycanlı icması ilə eyni statusla danışıqlar aparmaları tövsiyə olunmuşdu. Artıq Dağlıq Qarabağ adında problem yoxdur və status məsələsi də tarixin arxivinə atıldı".
Deputatın fikrincə, Azərbaycan unitar dövlətdir və biz heç zaman ermənilərin tələb etdiyi statusla barışmamışıq: "Eyni zamanda, Azərbaycan mədəniyyətinin təbliğində, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, düşmənə qarşı informasiya müharibəsində icma sistemli iş aparıb. Artıq belə bir ictimai birliyə ehtiyac da yoxdur. “Qarabağa dönüş” ictimai birliyinin yaradılması isə tamamilə düzgün yanaşmadır və vaxtında verilmiş qərardır. Prezident İlham Əliyev Zəngilan və Cəbrayıl rayonlarına səfərində “Böyük Qayıdış” planının müjdəsini verdi. Ərazidə aparıllan çoxşaxəli qlobal layihələr, 100 minlərlə məcburi köçkünün ən müasir tələblərə cavab verən şəhər və kəndlərdə komfort yaşamasına imkan verəcəkdir".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ