Sizin reklam burada
Sizin reklam burada

Milli Məclisdə gənclərlə görüş keçirilib

Milli Məclisdə gənclərlə görüş keçirilib Aprelin 29-da Milli Məclis Sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev və deputat Etibar Əliyev ölkəmizin fəal gəncləri və Vətən müharibəsində arxa cəbhədə fəallığı ilə seçilmiş gənclərlə xüsusi karantin rejiminin tələbləri gözlənilməklə görüş keçiriblər.
Milli Məclis Sədrinin müavini Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Şanlı Ordumuz tərəfindən döyüş meydanında düşmənə vurulmuş sarsıdıcı zərbədən söhbət açaraq bu qalibiyyətlə 30 illik torpaqlarımızın düşmən işğalından azad edildiyini, ölkəmizin uzun illərdən sonra tarixi qələbə qazandığını diqqətə çatdırıb. Vitse-spiker Vətən müharibəsi zamanı ölkə başçısının “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan xalqımızın istər döyüş meydanında, istərsə də arxa cəbhədə fəal iştirakını, xüsusilə gənclərimizin cəbhəyə dəstək olmaqla yanaşı, informasiya müharibəsində də fəallığını yüksək qiymətləndirib. Bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin ötən müddətdə icra edilməməsi, ölkəmizə qarşı tətbiq olunan “ikili standartlar” Şanlı Ordumuzun 44 gün kimi qısa müddətdə ədaləti bərpa etməsi ilə nəticələndi.
Adil Əliyev diqqətə çatdırıb ki,Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizin bərpası, habelə şəhid ailələrinin və qazilərimizinqayğı ilə əhatə olunmasıqarşımızda dayanan əsas vəzifələrdəndir. Söhbət zamanı Sədr müavini,eyni zamanda gənc nəslin təhsilə olan marağının artırılmasının, habelə idmanda olan kütləviliyin artan xətlə davam etdirilməsininzəruriliyindən danışıb.
Görüşdə deputat Etibar Əliyev də çıxış edərək gənclərin Vətən müharibəsində göstərdikləri xidmətləri yüksək qiymətləndirib.O,gənclərimizin bundan sonra da elmə, təhsilə olan maraqlarının artırılması istiqamətində zəruri addımların atılmasının, gənclərin savadlı nəsil kimiyetişdirilməsininvacibliyini vurğulayıb.
Görüş iştirakçıları səmimi görüşə görə təşəkkürlərini bildirərək, bundan sonrada fəaliyyət göstərdikləri sahələrdə ciddi səylə çalışacaqlarını, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərini, qazilərimizi daim diqqət mərkəzindəsaxlayacaqlarını vəölkəmizin daha da inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərinidiqqətə çatdırıblar.
Tədbirin sonunda görüş iştirakçılarına Vətən müharibəsində arxa cəbhədə göstərdikləri xidmətlərə görə Milli Məclisin Gənclər və idman komitəsinin “Fəxri Fərman”ı və millət vəkili Etibar Əliyevin müəllifi olduğu kitablar təqdim edilib.
Milli Məclisdə gənclərlə görüş keçirilibMilli Məclisdə gənclərlə görüş keçirilib

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ