Sizin reklam burada
Sizin reklam burada

Avronest PA-nın Enerji təhlükəsizliyi komitəsinin iclasında

Avronest PA-nın Enerji təhlükəsizliyi komitəsinin iclasında Aprelin 19-da Avronest Parlament Assambleyasının 9-cu sessiyası çərçivəsində qurumun Enerji təhlükəsizliyi komitəsinin onlayn iclası keçirilib.
Tədbirdə Milli Məclisin deputatları Vüqar Bayramov, Rauf Əliyev və İltizam Yusifov iştirak ediblər.
İclasda“Enerji effektivliyinə, diversifikasiyaya və müstəqilliyə doğru; Avropa enerji siyasətinin möhkəmləndirilməsi imkanları vəŞərq Tərəfdaşlığı çərçivəsində enerji təhlükəsizliyinə təhdidlərin qarşısınınalınması” mövzusunda məruzənin təqdimatı keçirilib. Məruzə ilə bağlı çıxış edənlər enerji müstəqilliyi və təhlükəsizliyi məsələlərindən danışıblar, məsələ ilə bağlı fikirlərini bildiriblər.
Gündəliyin növbəti məsələsi –“Avropa Yaşıl Paktı və onun Şərq Tərəfdaşlığı çərçivəsində enerji təhlükəsizliyi və dayanıqlılığınınartırılmasına təsirləri və imkanlar” barədə çıxış edənləryaşıl enerjinin inkişaf etdirilməsi, iqtisadiyyatın və enerji sistemlərinin dekarbonizasiyasıproblemlərindən danışaraq bu istiqamətdə mümkün əməkdaşlıq çərçivələri və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
Bununla da komitənin iclası başa çatıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ