Sizin reklam burada
Sizin reklam burada

Deputat: Prezidentin bu tapşırığı insanların rifahına xidmət edir

Deputat: Prezidentin bu tapşırığı insanların rifahına xidmət edir “Cənab Prezident İlham Əliyevin verdiyi tapşırıqlar, səsləndirdiyi fikirlər həmişə xalqın sosial rifahının yaxşılaşdırılmasına yönəlib. Təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlərin artırılması dövlət başçısının bu fəaliyyətinin əyani sübutudur”.
Bunu Milli Məclisin deputatı Tahir Rzayev deyib.
T.Rzayev bildirib ki, Prezident İlham Əliyevin bu tapşırığı insanların rifahına xidmət edir:
“Prezident həmişə insanların sosial problemlərinə diqqətlə yanaşıb. Təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlər insanları düşündürən vacib məsələlərdən biridir. Cənab Prezident tərəfindən bu addımın atılması ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır”.
Deputat qeyd edib ki, dövlət başçısı əhalinin sosial müdafiəsini gücləndirmək üçün daima lazımi tapşırıqlar verir:
“Prezidentin bu tapşırığı vətəndaşlara dəstəkdir. Prezident İlham Əliyev hər zaman xalqının yanında olduğunu, vətəndaşların maraqlarını hər şeydən üstün tutduğunu bir daha nümayiş etdirdi”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ